Qəzzada 15 və 14 yaşlı iki gəncin toyu "Reuters"in səhifələrinə düşüb. Agentliyin fotoqrafı Muhammed Salem Tala adlı gəlin və Əhməd Soboh adlı bəyin toylarını anba an lentə köçürüb.
"O, sınıq güzgüdə saçlarını düzəldəndə fərqinə vardım ailənin necə yoxsul olduğunun. Əhməd və Tala 3 otaqlı evdə ailənin digər 9 üzvi ilə birlikdə yaşayacaq. 2009-cu ildə İsrail bombardımandan sonra yrarsız hala düşən evlərini belə təmir etmək imkanları olmayıb".
DİA.AZ bildirir ki, fotoqraf xatirələrində qeyd edib ki, gəlin təzə bəylə xoş günlərindən xatirə saxlamaq üçün şəkil çəkdirmk istəyib. "O, bir necə saat sonra əri olacaq gəncə dönərək" gəl gülək şəklimizi çəksin" dedi. Amma gəlinliyin üzərindən salınana baş örtüyünü çıxarmağı unutdu".