Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Texniki Universitetin rektoru İTTİHAM OLUNUR .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                 

Bu fani dünyada nazir olmaq da çətin imiş... - Gərək kadrlarına görə cavab da verəsən
Tarix: 7-04-2016, 10:06 | Çap et
Bu fani dünyada nazir olmaq da çətin imiş...
Məlum olduğu kimi, əvvəlcə Laçın və Cəbrayıl, ardından isə Salyan Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər. Daha doğrusu, tutduqları vəzifə onlardan qurtulub.

Kadr dəyişikliyinin əsas səbəbini KİV-ə şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalı, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”.

Gözləməyə dəyər ki, vəzifədən qovulmuş başçıların ardından onların özləri xislətli məmurlardan formalaşdırmış olduqları komandaların üzvləri də kürsüləri ilə vidalaşmalı olacaqlar. Bunu anlayan, necə deyərlər, “kürkünə birə düşən” məmurlardan biri də havadarını itirmiş Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovadır.

RTŞ müdirinin rəvac verdiyi qanunsuzluqlar barədə indiyədək çox deyilib, çox yazılıb. Hətta onun haqqında təhsil nazirinə ünvanlanmış şikayətnamələr KİV-də dərc olunub. Məcburi köçkün Müşfiqabad qəsəbəsindəki orta məktəbdə yoxlama aparılmasını istəyən cəbrayıllı məcburi köçkün Nazilə Fərhadova qızı Aygün Cavadovanın yaşadığı problemlərdən bəhs edərək, yaşadıqları problemlərə görə Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanı ittiham etmişdi. Demişdi ki, Validə müəllimə vakant yerləri gizlədərək nazirliyə göndərməyib. Bütün müəllimləri də özü təyin edib. O, həmin müəllimlərin təcrübəsi olub-olmadığına əhəmiyyət vermir.

Öz birbaşa vəzifəsinin öhdəsindən gələ bilməyən “əməkdar müəllimə” V. Həsənova bu kimi ittihamlara cavab vermək əvəzinə özünə aid olmayan işlərə baş qoşur. Məsələn, yazar Əziz Musa ilə müğənni Mətanət Əsədova arasında yaranan məlum qalmaqaldan dərhal sonra V. Həsənova aznews.az-a açıqlamasında bunları demişdi: “Əziz Musa üç il öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işləyirdi və sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovuldu. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı. Lakin bir müddət sonra nazirlik Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verdi. Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin”.

Ə.Musaoğlu da buna cavab olaraq Ölkə.az-a bildirmişdi ki, heç vaxt Biləsuvarda yerləşən Cəbrayıl məktəbində müəllimlik etməyib.
Maraqlıdır, V. Həsənova əgər doğrudan da Əziz müəllimin qovulmasından sonra onun işsiz qalmaması ilə qayğılanacaq qədər humanistdirsə, insaflıdırsa, onu dolandırıb-yaşatmağı özünə borc sayırdısa, niyə onun Mətanətlə konflikdə olduğu dar məqamda arxasından zərbə vurdu?

Məlumatlı mənbə bildirir ki, RTŞ müdiri ilə müğənninin arasında əvvəldən də mehriban münasibət olub və onun Əziz Musanı ittiham etməsindən sonra bu münasibət dostluğa çevrilib. Bildirilir ki, M. Əsədova öz növbəsində Validə müəllimənin nümayiş etdirdiyi qadın həmrəyliyini layiqincə qiymətləndirib.

Belə ki, sözügedən hadisədən sonra RTŞ müdiri toy-düyün edən cəbrayıllılarla müğənninin arasında qiymətkəsmədə əsas söz sahibinə çevrilib. Deyilənə görə bu vasitəçilikdən Validə müəlliməyə də xeyir qalır. Müğənnini öz xeyir işlərinə dəvət etmək istəyənlər onun impressariosuna deyil, məhz Validə xanıma müraciət edirlər. Hətta bu iş şöbə müdirinə o qədər perspektivli görünüb ki, o, rəhbərlik etdiyi Cəbrayıl təhsil ictimaiyyətinə – məktəb direktorlarına, müəllimlərə öz övladlarının toylarına müğənni seçimində məhz Mətanətə üstünlük vermələrini tapşırıb.

Mövzuya qayıdacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru