Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                 

Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük cəza alan Vüqar Əliyevə dəhşətli içgəcə verilib - Qapalı həbsxanadan işgəncə sədaları
Tarix: 15-06-2016, 11:01 | Çap et
Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük cəza alan Vüqar Əliyevə dəhşətli içgəcə verilib
Şəmkirin sabiq icra hakimiyyəti başçısının oğlunun qətlində günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev Qobustan həbsxanasında aclıq akasiyası keçirir. Ona qarşı həbsxanada insanlığa sığmayan işgəncələr verilir. Vüqar Əliyevin anası Məlahət İsmayılova redaksiyamıza müraciət edərək bildirib ki, oğlu haqsız yerə həbsxanada ömürlük cəza çəkdiyi üçün aclıq keçirir: “Həbsxana rəhbərliyi də istəmir ki, oğlum aclıq aksiyası keçirsin. Oğlum aclıq aksiyası keçirəndən sonra kamerasında bir şünür tapırlar və deyirlər ki, kamerada qanunsuz əşya saxlayıb. Bundan sonra Vüqarın saxlanıldığı kameranı dağıdıblar”. Məlahət İsmayılova qeyd edib ki, Vüqarı başqa bir korpuya köçürmək istəyiblər: “Həmin korpusda da vəziyyət çox acınacaqlıdır. Vüqar deyir ki, məni o korpusa aparan kimi özümü öldürəcəm. Oğlum deyir ki, məni karsa salın, orada mən aclıq keçirəcəm. Həbsxanada iki işçi var. Onlara deyib ki, dedikləri korpusa getmiyəcəm, ya məni kamerama aparın, ya da karsa salın. Vüqar dirəşdiyi üçün karsa salıblar. Vüqarı karsda əlini qandalla stola bağlayıblar və sonra da başını keçəl qırxıblar. Sonra yenidən Vüqarın əllərini də, ayaqlarının da kravata qandallayıblar. Bu işgəncə tədbirlərini həbsxananın Namiq adlı əməkdaşı həyata keçirib. Bu əməliyyatda qapalı həbsxananın rejim rəisi Emin adlı şəxs də iştirakçı olub. İki gün karsa da saxlayandan sonra görüblər ki, Vüqarın huşu itib. Vüqar bir damcı su istəyib, ona su da verməyiblər. Sonra əl-ayağını açıblar, amma yenə də 5 gün karsda saxlayıblar. Bu 5 gün ərzində oğlum nə çörək yeyər, nə də su içər. 5-ci günü gələndən görüblər ki, oğlum karsda yıxılıb”. “Dedilər ki, oğlum danışmaq istəmir” Məhkumun anası bildirib ki, həmin vaxt Vüqarın yanına həbsxananın həkimləri gəlib: “Həkimlərə imkan verməyiblər ki, oğlumu müayinə etsin. Həkimlər qorxuya düşüblər və Bakıda Şamil həkim var, onu çağırıblar. Vüqara sistem vurublar, bir müddətdən sonra oğlum özünə gəlib. Vüqarın əsəbləri pozulub, ürəyində problemləri var”. Məlahət İsmayılovanın sözlərinə görə, mayın 31-də Vüqarın karsa salınması barədə xəbər alıblar və bundan sonra həbsxana ilə telefon vasitəsi ilə əlaqə saxlayıblar: “Orada mənə dedilər ki, belə bir şey yoxdur. Onlara oğlumla danışmaq istədiyimi bildirdim. Dedilər ki, oğlum danışmaq istəmir. Onlara bildirdim ki, hər yerə şikayət etmişəm, məni oğlumla danışdırın”. “Vüqar mənə yox, heç nə ilə cavab verirdi” Məhkum anasının bildirdiyinə görə, ertəsi gün Pentensiar Xidmətlə əlaqə saxlayıb: “Baş idarədəndə həbsxanaya göstəriş verilib. Bundan sonra həbsxanadan mənə zəng etdilər və bildirdilər ki, Vüqar özü danışmaq istəmir. Sonra Vüqarla danışdım. Hiss etdim ki, Vüqarın vəziyyəti pisdir və suallarıma cavab verə bilmir. Vüqardan ağrı hissi keçirdiyini soruşdum. Vüqar mənə yox, heç nə ilə cavab verirdi. Mən də israrla soruşurdum ki, niyə belə danışırsan. Sorşdum ki, oğlum əlini qandallayıblar. O da mənə “hə” cavabını verdi. Bu zaman oğlumun yanında dayanan nəzarətçi telefonu aldı. Vüqarın “nə var onu deyəcəm, onsuzda mamam bura gələcək” deməsini eşitdim. Sonra Vüqara dedim ki, oğlum səbirli ol, özüm ora gələcəm”. “Oğlum sifarişlə 13 ildir həbsxanada yatır” Məlahət İsmayılova qeyd edib ki, Vüqarın vəziyyəti daha da pisləşib və onu həbsxanada olan müalicə müəssəsisinə aparıblar: “İki gün oğlum müalicə müəssiəsində qalndan sonra həbsxana rəisi Fikrət Qafarovun qəbuluna getdim. Rəis mənə dedi ki, belə bir şey olmayıb. Ona dedim ki, kamerada nə tapıbsız, onu da əməkdaşlarınız satıb. Oğlumu heç cürə ittiham edə bilməzsiz. Rəis dedi ki, kameradan şunur tapılıb. Həmin şunurda üz qırxan maşının şunurudur. İndi görün, bu şunurun üstündə oğluma problem yaradırlar. Fikrət Qafarova dedim ki, oğlumu karsda əli-qolu qandallı saxlasanız, mən sizi bağışlamaram. Karsın özü elə işgəncə yeridir, daha əlayağını niyə bağlayırsız? Karsda məhkumun əl-ayağı bağlı saxlanılması hansı qanunda yazılıb? Fikrət Qafarov deyib ki, onun karsda Vüqarın karsda əl-ayağının bağlı saxlanılmasından xəbəri yoxdur. Oğluma işgəncə verənlərdən müvafiq qurumlara müraciət edəcəyimi rəisə bildirdim. Dedim ki, oğlum sifarişlə, günahsız yerə 13 ildir həbsxanada yatır, kimdən pul alıb ona belə dəhşətli işgəncə verirlər. Oğlumu ölümlə üz-üzə qoyublar. Kamerada oğlumun bütün əşyalarını da dağıdıblar və yarasız hala salıblar”. “Bu haqsızlığı hara yazmaq olar?” Məlahət İsmayılova əlavə edib ki, bütün bu təzyiq və işgəncələrdən sonra Vüqarın səhhətində ciddi problemlər yaranıb və bunu görən həbsxana rəhbərliyi onu müalicəyə göndərmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Vüqar Əliyev iyunun 7-də Penitensiar Xidmətin Müalicə Müəsissəsində onlarla görüşüb: “Vüqar iyunun 4-dən müəssisədə müalicə alır, səhhətində ciddi problemlər var. Həkimlərin dediyinə görə, müalicəsi azı, 45 gün davam etməlidir. Mənim sağlam oğlumu hansı vəziyyətə salıblar ki, öz əlləri ilə müalicə müəssisəsinə aparıblar. Bu haqsızlıqdır. Ermənini tutub gətirirlər, başını siğallayıb geri qaytarırlar. Amma mənim oğlumun başına ən pis oyunu açırlar. Bu haqsızlığı hara yazmaq olar?”. “Oğluma 700 manata telefonu satırlar” Məlahət İsmayılova bildirib ki, oğlunun baçına gətirilən işgəncə faktı ilə bağlı prezdent İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və ombudsman aparatında müraciət ediblər: “Oğlumun başına gətirilən bu işgəncəni belə özbaşına buraxan deyiləm. ombudsman aparatında qaynar xətt vasitəsi ilə Rəşid müəllimlə də danışmışam. Pentensiar Xidmətin baş idarəsində müvafiq şəxslə danışmışam. Həmin şəxs mənə dedib ki, içəridə telefon söhbəti olub, oğlun içəri də telefonla danışıb. Ona dedim ki, oğluma telefonu həbsxananın Nizam adlı əməkdaşı satıb. Sonra həmin şəxs dedi ki, nəşə satıblar. Dedim ki, sən hardasan, dedi azadlıqdayam. Bəs oölumun harada olduğunu soruşdum, dedim ki, oğlum qapalı müəssisədə saxlanılır, ona telefon keçirməsələr, o da telefonla danışmaz. Dedim ki, telefon içəri keçirmək qanunsuzdur, on da oğluma orada torba tikiblər. Oğluma 700 manata telefonu satırlar. Sonra da oğluma deyirlər ki, telefonu hamamdan tapdığını etiraf elə”. “Buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur” Məlahət İsmayılova qeyd edib ki, ömürlük cəza alan oğluna yeni ittihamlar irəli sürmək istəyirlər. Onun sözlərinə görə, istintaqı aparlanrdan oğlunun işini düzgün aparmağı tələb edib: “Müstəntiqlə görüşdük və o bildirdi ki, oğlumu əlavə olaraq 6 ay cəza gözləyir. Müstəntiqə dedim ki, oğlum ömürlük cəza çəkir. Biz indi ömürlük cəza alan oğluma 6 ay cəzanın verilməsi ilə bağlı qərarı gözləyirik. Həmin qərardan şikayət eədəcəyik”. “Aslan Aslanovun oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində çalışır. Qorxuram ki, bu məsələlərin arxasında onun əli olsun. Oğlumu hər hansı yolla aradan götürə bilərlər. Odur ki, mətbuat vasitəsilə, bütün aidiyyəti orqanlara çatdırıram ki, əgər oğlumun başına bir iş gəlsə, buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur”, -deyə məhkumun anası bildirib. Azadlıq ümüdü Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, daha sonra Kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovun ölümünə görə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyevə isə müddətli cəza alıb. Sözügedən ölüm işlə əlaqədar təxminən 13 illik həbsdə saxlanılan Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra özünü bu cinayətdə günahsız bilən Vüqar da xeyli ümidlənib. Buna görə də keçən ildən başlayaraq, azadlığa çıxmaq uğrunda mübarizəyə başlayıb. Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanıldığı Qobustan qapalı həbsxanasında etirazın yeganə formasını aclıq aksiyası keçirməkdə görən Vüqar Əliyev həbsxana əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib. Hər gün kars, işgəncə Vüqar Əliyev keçən il oktyabrın 3-də aclıq etdiyi üçün 5 gün, noyabrın 30-da keçirdiyi aksiyaya görə isə 10 gün “kars” cəzası alıb. Bu il mayın 21-də isə Qobustandakı qapalı həbsxanada yenidən aclıq aksiyası keçirdiyi üçün 10 sutka ”kars”a salınıb. Cinayətin tarixçəsi Xatırladaq ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir) azadlıqdan məhrum edilmişdi. Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı. Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib. İllərin işgəncələri Xatırladaq ki, son vaxtlar Qobustan Həbsxanasında dözülməz şərait yaranıb. Pentensiar Xidmətə Nazim Ələkbərov rəhbərlik edən dövrdə Qobustan Qapalı Həbsxana əməlli-başlı işgəncə yuvasına çevirilmişdi. Həmin dövrdə həbsxanaya rəhbərlik edən Kazım Abdullayev həbsxanada ömürlük məhkumlara zülm edirdi. Onun zülümündən bezən məhkumlardan özünü asanlar da olmuşdu. Hətta həmin dövrdə ömürlük məhkumlardan biri kamerada diri-diri yandırılmışdı. Amma Mədət Quliyev bu qrumu rəhbər təyin olunandan sonra cəza çəkmə müəssisələrində vəziyyət qisməndə olsa nəzarətə götürüldü. Belə olan halda da qapalı həbsxanalardan şikayətlərin sayı azalmağa başladı. Kadr ishalatları çərçivəsində Mədət Quliyev bir sıra cəza çəkmə müəssisələrinin rəhbərlərini ədliyyə orqanlarından qovdu. Bunlardan biri də Qobustan Həbsxanasının rəisi Kazım Abdullayev olub. Töhmətlə vəzifəsindən kənarlaşdırılan Kazım Abdullayev həmçinin ədliyyə orqanlarından da xaric edildi. Bundan sonra Qobustan Həbsxanasına rəis ədliyyə polkovniki Fikrət Qafarov təyin edilib. Yeni rəis nə vəd edir? Mədət Quliyev Pentensiar Xidmətinin rəisi vəzifəsindən çıxarılandan sonra cəza çəkmə müəssisələrində yenidən özbaşınalıq hökm sürməyə başlayıb. Bu günlərdə Qobustan Həbsxanasından həyəcanlı xəbərlər gəlməyə başlayıb. Həbsxanada cəza çəkən ömürlük məhkumlara işgəncə verdiyi iddia olunur. O da iddia olunur ki, Mədət Quliyevin xidmətdən kənarlaşdırdığı şəxslər yenidən Qobustan Həbsxanasına rəhbər səviyyə gətirilib. Bu da işgəncə faktlarının artması ilə bağlı iddiaları ortaya qoyur. Ötən həftə Pentensiar Xidmətə yeni rəis təyin olunub. Bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib. Ceyhun Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub. Mədət Quliyev Azərbaycan Geri Respublikası Prezidentinin 20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru