Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                     DİM-in imtahan sistemində növbəti XAOS .....                     Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır .....                     "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin" .....                     Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir .....                     Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? .....                     Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                 

Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı” - VİDEO
Tarix: 5-01-2018, 10:43 | Çap et
Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı”
Bakıda onu bir çoxları “ev sökən” icra başçısı kimi tanıyır. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, “sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.

Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.

Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş...

2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.

Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.



Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində “Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir. Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.

Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə “Bura bəs kimindir” sualı yaranır. Ora da Xaləddin İsgəndərovundur.

Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir. Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Bu gün, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Bu gün, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Bu gün, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Bu gün, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Bu gün, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Bu gün, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Bu gün, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Bu gün, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Bu gün, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Bu gün, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Bu gün, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Bu gün, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Bu gün, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru