Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                 

Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb - 20 ildir davam edən məhkəmə prosesi və ...
Tarix: 15-02-2022, 10:37 | Çap et
Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb
Uzun illərdir ki, mətbuatda Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 45 saylı binanın qarşısında, “Azərsu” ASC-nin balansında olan və Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 800, 1000, 1200 və 1400 mm-lik dörd ədəd yüksək təzyiqli magistral su kəmərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinin zəbti ilə bağlı Azərbaycan məhkəmələrində araşdırmalar davam edir. Az qala 20 ildir ki, Azərbaycan məhkəmələri çox sadə bir məsələni həll etməkdə acizlik nümayiş etdirirlər. Proses saqqız kimi uzandıqca-uzanır.

Həmin torpaq sahəsini ələ keçirməyə çalışan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq işçisi Tamara Həmidova bunun üçün müxtəlif vaxtlarda Bakı şəhəri Nizami Bələdiyyəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə bağladığı müqavilələr əsasında torpaq sahəsinin I qrup əlil qardaşı Həmidov Cəlal Əli oğlunun adına rəsmiləşdirilməsinə nail olub.

2014-cü ildə “Azərsu” ASC Nizami Bələdiyyəsinə, Həmidov Cəlal Əli oğluna, Bakı şəhəri Nizami Bələdiyyəsinə və başqalarına qarşı Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarın etibarsız hesab edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair 7-129/7q nömrəli 07.03.2003-cü il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2-1(82)-635/2015 saylı qərarı ilə iddia “Azərsu” ASC-nin iddiası qismən təmin edilib, Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarı etibarsız hesab edilib. Yuxarı instansiya məhkəmələri qərarı qüvvəsində saxlayıb.

Sonradan məlum olub ki, magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi təyinatı ilə Həmidov Cəlal Əli oğlunun icarəsinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Həmidovun qəyyumu Tamara Həmidova arasında 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi bağlanıb.

Məhkəmə qaydasında mübahisələndirilən 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi məhkəmə araşdırması zamanı icarə müqaviləsinin ləğv edilməsindən yayınmaq məqsədilə Tamara Həmidova 20 aprel 2018-ci il tarixində 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyəti 20 aprel 2018-ci il tarixində 7-183/10q saylı ləğv etməyə dair bildirişlə qarşılıqlı razılıq əsasında 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləğv edilib. İşə baxan məhkəmə mübahisə predmeti olan müqavilənin artıq ləğv edilməsi səbəbindən işin icraatına xitam verib.

Torpaq sahəsinin əlindən çıxmaması üçün hər cür varianta əl atan Tamara Həmidova Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yenidən əlbir olaraq eyni torpaq sahəsinə dair 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi bağlayıb. Tamara Həmidovanın dələduzluğunun kulminasiyası odur ki, icarə müqaviləsinin ləğv edilməsi barədə müraciət, icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bağlanması ilə bağlı bütün bu 3 iş eyni gündə baş verib. 20 aprel 2018-ci il tarixi isə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi son iş günü olub.

20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsinin qanunsuzluğunun başqa bir səbəbi isə icarə müqaviləsinə görə torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və abadlıq işlərinin görülməsi əsası ilə bağlıdır. Cəlal Həmidovun əqli qüsurlarına görə ona I qrup əlillik dərəcəsi verildiyini nəzərə alsaq, əqli qüsurlu, anlaqsız, öz hərəkətlərinin mənasını başa düşməyən, vergi orqanında qeydiyyatda olmayan bir şəxsə Bakı şəhərinin mərkəzi hissəsində və strateji mövqedə olan, dəyəri milyonlarla ölçülən ərazinin 49 il müddətinə icarəyə verilməsi bu sənədləşmələrdə açıq-aşkar korrupsiya faktının mövcudluğuna işarədir.

Üstəlik, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən 4 yüksək təzyiqli magistral su kəmərinin üzərində yerləşən torpaq sahəsinin əqli qüsurları olan I qrup əlilin icarəsinə verilməsi korrupsiya əməli ilə yanaşı, həm də minlərlə şəxsin həyat və sağlamlığı üçün dəhşətli təhlükədir.

Hazırda Cəlal Həmidovun qəyyumu Tamara Həmidova ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında bağlanmış 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi də məhkəmə qaydasında mübahisələndirilir və Bakı şəhəri Nizami Rayon Məhkəməsində iş üzrə məhkəmə araşdırması aparılır.

Eyni zamanda Tamara Həmidova ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılmış cinayət işi üzrə araşdırma davam edir.

Həm Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın, həm də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Nicat Naibovun icraatında olan işlər üzrə araşdırmalarla bağlı hər iki dövlət orqanı 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsini, torpaq sahəsinin ilkin cizgi-sxemini və başqa sənədləri rəsmi sorğularla Bakı şəhər İcra Hakimiyyətindən tələb ediblər. Hətta müstəntiq Nicat Naibov şəxsən dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə gedərək icraatında olan cinayət işi ilə bağlı sənədləri tələb edib. Lakin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyev Tamara Həmidova ilə əlaqəyə girərək aylardır ki, qeyd edilən dövlət orqanlarının tələblərini təmin etmir, həm icarə müqaviləsinin ləğvi, həm də yeni icarə müqaviləsinin bağlanması ilə bağlı cinayət əməllərini ört-basdır etmək üçün sənədlərin təqdim edilməsini əngəlləyir.

Həmçinin 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsinin mübahisələndirilməsi ilə bağlı Tamara Həmidova ilə cinayət əlaqəsində olan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Eyyub oğlu Qədimquliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Maşallah Ələkbərov məhkəmə araşdırmasının aparılmasına mane olmaq üçün işin guya kommersiya məhkəməsinə göndərilməli olması ilə bağlı vəsatət və şikayətlər edib. Hətta bununla kifayətlənməyən Ramil Qədimquliyev Tamara Həmidovaya dəstək vermək, Muxtar Mustafayevin məhkəmə araşdırması dövründə Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətlərini tam nəzarətdə saxlaması üçün özü ilə birlikdə “Ədalət” vəkil bürosunda 1 ildir fəaliyyət göstərən vəkil Yavər Yavərzadənin BŞİH vəkili kimi rəsmiləşdirilməsinə nail olub.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru