Astara sakinləri ÇARƏSİZ DURUMDA - "Həyətə düşəndə uzunboğaz çəkmə geyməli oluruq"
Tarix: 16-03-2022, 12:45 | Çap et
 Son günlər intensiv yağan yağış Astara şəhərində fəsadlar törədib. Şəhərin Nizami adına küçəsində evləri su basıb. Həmin ərazi Xəzər dənizinin kənarında yerləşir. Dəniz səviyyəsindən aşağıdır, ən çökək yer hesab olunur.
DİA.AZ-ın məlumatına görə, evini su basan Əbülfəz Həsənov deyir: "Neçə gündür ki, yağış yağır. Suyun axıb getməsi üçün yol yoxdur. Bura çökək olduğu üçün şəhərin bütün suları bura axır. Bu istiqamətdə yüzə yaxın ev var. Yoldaşım və mən əlilik. Ayaqyolumuz, hamam həyətdədir. Hər dəfə həyətə düşəndə uzunboğaz çəkmə geyməli oluruq. Belə iş olarmı?!".
Onun evinin altına su dolub. Həyətinin bir hissəsində göl əmələ gəlib. Ə.Həsənovun sözlərinə görə, həyətin səviyyəsini qaldırmaq üçün hər il ora torpaq gətirib səpir: "Boğazımızdan kəsib buraya 50 maşın torpaq tökmüşəm. Hər maşına 50 manat pul vermişəm. Amma su çəkilmir, çünki suyun yolunu kəsiblər".
Yaxınlıqdan İrana asfalt yol çəkilib. Yolun dənizə tərəf hissəsində restoranlar, istirahət yerləri, park tikilib. Yolun əks tərəfində hündürmərtəbəli evlər və mehmanxanalar ucalır. Oranı Dubaya da oxşadırlar. Yerli sakinlərin deməsinə görə, bu tikintiləri apararkən heç kim su və çirkab sularının axdığı xətləri fikirləşməyib.
Şəhər sakini Vüqar Əliyev orada ekoloji fəlakətin olduğunu deyir: "Evin içi sudur. Qrunt suları ilə çirkab suları qarışıb. Üfunət iyi basır ətrafı. Nəmişlikdən xəstəlik tapırıq. Evlərin hamısında çat var. Evdə yata bilmirik, yorğan nəm olur. Astara şəhərinin mərkəzinə yaxınıq...".
Onun əlavə etməsinə görə, kimin pulu var, istədiyini edir: "Şəhərin dənizkənarı hissəsində torpaqların qiyməti qat-qat bahadır. Biz qalmışıq ortada. Onlar torpağı qaldırıblar, biz qaldıra bilmirik. Kasıb adamlarıq".
Vüqar Əliyevin anası Tarifə Əliyeva: "Heç vaxt bu vəziyyətə düşməmişik. Arada belə vəziyyət yaranmışdı sovet dövründə. Gəldilər, kanal çəkdilər... Buradan İranla sərhəddə yerləşən Astaraçaya kanal da gedirdi, onu doldurub park etdilər. Hər tərəfi su tutur, evlərimiz adaya oxşayır. Allahın bizə yazığı gəlir ki, sel gəlmir".
Astara şəhərin digər sakini Novruz Paşayev isə deyir ki, bəzi binalar kanalın üstündə tikilib. Onun vurğulamasına görə, xətlər dağıdılanda onların ərazisi su altında qalır: "Bu problemi yerli icra orqanına, bələdiyyəyə çatdırmışıq. Prezidentdən tutmuş, aşağı məmurlara qədər rəsmi müraciət etmişik. Sanki gücsüzdürlər. Yağış bir az səngiyib, bəzi yerlərdən su çəkilib. Astara şəhərində kanalizasiya yoxdur, çirkab suları da bura axır. Fəlakətdir. Həyətdə əkin mümkün deyil. İki ildir torpaq əkilmir. Bələdiyyə, şəhər icra nümayəndəsi dəfələrlə gəlib baxıblar".
Novruz Paşayevin qonşusu Gülər Nəhmətova söhbətə qoşulur: "Həyətdə əkdiyim meyvə ağacları bu suyun altında qalıb məhv olur. Prokurorluğa, polisə getmişəm. Nəticə yoxdur. Bir qalır məhkəmə. Bayramı yola verəndən sonra məhkəməyə müraciət edəcəyik".
Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da sözügedən ərazidə problemin olduğunu deyir: "Arxitektor, şəhər icra nümayəndəsi, mən özüm də həmin ərazidə olmuşuq. Orada altı ailədir. Fransada yaşayan birinin də orada evi var. Ana kanalı təmizləmək üçün texnika gətirdik. Kanal fərdi həyətlərin arasından keçir. Suyu çəkmək üçün oraya borular da gətirildi. Sakinlər icazə vermədilər, qoymadılar həyətlərinə girməyə. Amma Əbülfəz Həsənovun həyətindən suyu çəkmək üçün iş görüləcək. Yağış imkan vermədi. Bir sahibkar orada obyekt tikib, onu bəhanə edirlər".
Müavinin vurğulamasına görə, tikintiyə icazəni Dövlət Şəhərsalma və Arxitektora Komitəsi verir: "Bütün sənədləşmələr orada gedir. O sənədlər əsasında da başçı sərəncam verir. Onlar sənədləri birbaşa reyestrə otuzdururlar. Obyekti tikəndə sənədi bizə verirlər ki, müəyyən edilmiş yerdə obyekt tikiləcək. Sahibkardır, şəxsi həyətidir, icazəsi var, obyekt tikib".
A.Mahmudov Astara şəhərində kanalizasiyanın çəkilməsi barəsində isə bunları bildirdi: "Bizdə içməli su xətti çəkildi, qalıb kanalizasiya. Layihə hazırdır. Vəsait ayrılan kimi kanalizasiya xəttinin çəkilişinə başlayacaqlar. Rayon icra hakimiyyəti başçısının diqqətindədir. Yenidən müvafiq orqanlara müraciət olunacaq. Bu işdə maraqlıyıq. Rayonda çoxmənzilli yaşayış binalarının sayı artır. Bu işlərlə "Azərsu" ASC məşğul olur".
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektora Komitəsi və "Azərsu" ASC ilə danışmaq mümkün olmayıb.
Astara şəhəri Azərbaycanın şərqə açılan qapısı hesab olunur. Bir çox beynəlxalq layihələr bu ərazidə həyata keçirilir. Şəhərin 20 minə yaxın sakini var.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12 |
|
|
|
• “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51 |
|
|
|
• "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45 |
|
|
|
• Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31 |
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Dünən, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
|