Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR .....                     Paytaxtda qardan təmizləmə işləri davam edir .....                     Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... .....                     "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ .....                     Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD .....                     Paşinyan deyir ki... .....                     İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                 

Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir... - AĞDAMDAN ŞİKAYƏT
Tarix: 11-04-2022, 10:11 | Çap et
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
44 günlük Vətən Müharibəsində vəhşi düşmən müharibə zonasına yaxın və yaxın olmayan xeyli sayda yaşayış məntəqəsini, hətta beynəlxalq səviyyədə qadağan olunmuş raket və top mərmiləri ilə intensiv atəşə tutmaqdan belə çəkinmədi. Konkret desək, erməni vəhşiliyi nəticəsində xeyli sayda mülki şəxs həlak oldu, yaşayış evlərinə, dövlət və özəl sektor obyektlərinə ciddi zərər dəydi, bir çoxları tamamilə dağıdıldı.

Ölkə rəhbərliyi müharibə zamanı əhaliyə dəyən zərərin qısa müddətdə aradan qaldırılmasına xüsusi diqqətlə yanaşaraq, öz ciddi göstərişlərini verdi. Hələ müharibə başa çatmamış, dövlət başçısı tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalandı. Həmin Sərəncama əsasən, Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı. Həmçinin bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalandı və aidiyyatı təyinatlı 11 işçi qrupu yaradıldı. İşçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verildi. Dekabrın 14-də isə, Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalandı.

Həmin sərəncamlara əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı. Daha sonra, yardımın ödənməsi üçün dövlət büdcəsindən ilkin olaraq 9 milyon manat ayrıldı.

Nazirlər Kabinetinin daha bir Qərarına əsasən, ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini yerli icra hakimiyyəti orqanları aidiyyatı ərazi üzrə təmin edəcəkdilər. Elə bu mərhələdə, yəni yardımların əhaliyə çatdırılması zamanı bir çox narazılıqlar meydana gəldi. Təmir-bərpa kateqoriyasına aid edilmiş qəzalı evlərdə işlərə başlanılandan az sonra, zərərçəkmiş əhaliyə çatacaq vəsaitlərin bir qisminin rayon məmurları tərəfindən mənimsənilməsinə dair xoşagəlməz məlumatlar yayıldı. Bu barədə, daha ətraflı növbəti yazılarımızda. İndi isə, yeri gəlmişkən, onu da qeyd edək ki, müharibə başlayan zaman erməni silahlı terrorçularının təcavüzü nəticəsində ən çox ziyan görmüş rayonlardan biri Ağdam oldu. Onda Ermənistan Silahlı Qüvvələri Ağdamı intensiv raket və mərmi atəşinə tuturdu. Burada ümumilikdə ciddi zərər dəyən minlərlə tikili arasında yaşayış evləri də çoxluq təşkil edirdi. Ziyan görmüş həmin fərdi evlərdən birinin sahibi də, gördüyü bu zərərlə bağlı başına gələnləri və gətirilənləri araz.az-a açıqlayan Ramin Haqverdiyev idi.

Özünü aldadılan zərərçəkmişlərdən biri kimi redaksiyamıza təqdim edən Ramin Bayramov Ağdam rayonunun Xındırıstan kəndindəndir. Zərərçəkən kənd sakini bizimlə təmas zamanı təşviş və həyəcan içində bizə əsasən onu çatdırmaq istəyirdi ki, Prezident sərəncamlarına və göstərişlərinə uyğun olaraq, ona çatacaq maddi yardımı günü bu günədək ala bilməyib. Özünün araz.az-a da ünvanladığı şikayət xarakterli məktubunda və video müraciətində dediyi kimi, Vətən Müharibəsinin davam etdiyi ağır günlərdə mənfur düşmən qüvvələrin Xındırıstan kəndinə atdıqları aramsız top mərmiləri onun ailəsinin yaşadığı evə də ciddi ziyan vurub: «Müharibə başlayanda, ermənilərin atdıqları mərmilərdən biri də mənim evimə düşdü. Düşmən qüvvələr tərəfindən qəzalı vəziyyətə salınan evimizdə, iki ildən çoxdur ki, 6 nəfərlə qorxa-qorxa yaşayırıq. Ciddi qəzaya düşən evimizin necə təhlükəli vəziyyətdə olduğu çoxdan hamıya məlumdur. Bunu, eləcə də mərmi zərbəsindən hər anı təhlükəli ola biləcək qəza alan evimizə müharibədən sonra dörd dəfə baxış keçirən rəsmi dövlət komissiyasının üzvləri – məmurlar belə yaxşı bilirlər. Nə olsun, bu yaxşı bilməyin də, hələ ortada bizə xeyri ola biləcək heç bir yaxşı nəticəsi yoxdur.

Özüm, ailə başçısı olaraq, Nazirlər Kabinetinə xeyli bundan əvvəl bir daha rəsmi qaydada məktubla müraciət də etdim. Göndərdiyim məktubu, oradan, tədbir görülməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə göndərdilər. İcra Hakimiyyətindən isə, onlara bildiriblər ki, guya, mənə min manat pul verilib. Belə bir yalan, belə bir iftira əsl biabırçılıq və vicdansızlıqdır, deyilmi?!.

Məktubuma əlavə etdiyim şəkillərdən və video müraciətdən də aydın görünür ki, evimə ciddi zərər dəyib. Divarları dağılmaq təhlükəsi ilə üz-üzədir. İşsiz adamam, başqa qazanc yerim olmadığına görə, onu yenidən bərpa edə də bilməmişəm. Son vaxtlar sakit dayandığım üçün, mən tərəfə baxan da yoxdur. Adam abrını saxlayanda beləmi edərlər?!.».

Zərərçəkən bu prosesin dayandırılmasından hədsiz narazıdır və bunu öz açıqlamasında xüsusi vurğulayır: “Bizim evimizə ciddi zərər dəydiyi göz qabağındadır, açıq-aydin görünür ki, pəncərələri və dam örtüyü pis vəziyyətdədir. Yan divarlarından birinin əyildiyi də hiss olunur. Qazanc yerim olmadığına görə, yenidən təmir və bərpa edə bilmirəm ki, divarlarının uçmaq qorxusundan canımızı birtəhər qurtararaq, evimizdə rahat yaşaya bilək.

Bir daha bildirirəm ki, düzdür, gəlib, qeydə alıblar. 4 dəfə başdansovdu baxış keçirən komissiya üzvlərinin axırıncı dəfə baxıb getdikləridir. Ondan bəri maraqlanan yoxdur. Uzun müddət keçməsinə baxmayaraq, bu ciddi problemimizlə məşğul olan yoxdur, sanki gördükləri işi yarımçıq qoymaqdan rahatlıq tapırlar.

Onlar bilməlidirlər ki, mənim və mənim kimilərin günahlarımız ucbatından deyil, mənfur düşmənin atdığı mərmilər nəticəsində evlərimiz belə yararsız hala düşüb. Bir də ki, əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı Prezidentin xüsusi göstərişi oldu. Bu göstərişə əsasən, Vətən Müharibəsi zamanı zərər görmüş fərdi evlər qısa müddətdə təmir olunmalıydı. Müharibə çoxdan bitsə də, çoxları kimi, mənim də evim indiyədək yararsız vəziyyətdə qalıb. Əsl günahkarlar isə, vəziyyətdən sui-istifadə edib vətəndaşları hədsiz dərəcədə incidən bəzi məmurlardır. Ancaq unutmaq lazım deyil ki, bu cür həssas məsələdə insanları incitmək olmaz.

Bir daha deyirəm, bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı, möhtərəm Prezidentin sərəncamları və xüsusi göstərişləri var. Aidiyyatı dövlət qurumlarının rəhbərləri insanları incitməzdən öncə, ölkə başçısının sərəncam və göstərişlərini bir daha xatırlasınlar. Axı, belə özbaşınalığın sonu yaxşı olmaz! Günahkarlar geci-tezi öz layiqli cəzalarını alacaqlar! Bir də ki, belə vicdansızlığı Böyük Allah da bağışlamaz!..

…Möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə qeyd edib ki, onun rəhbərliyi dövründə böyüyən gənclər 44 günlük Vətən Müharibəsində şanlı qələbə çaldılar. Bəli, Prezident düz deyir, onun dedikləri bizim gözlərimiz önündə oldu. Bu gün, mənim də, Şanlı Ordumuzun gələcək fəxr ediləsi əsgərləri olacaq övladlarım bu evdə böyüyürlər. Böyük övladım babasının medalları ilə fəxr edir, şəhid dayısının adı ilə qürur hissi keçirir. İndi mənimlə bərabər, övladlarım da ölkə rəhbəri İlham Əliyev cənablarından rica edirik ki, belə bir xoşagəlməz problemimizin aradan qaldırılması üçün, bizə lazımi köməkliyini göstərsin!».
Araz.az


Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58
Əziz Orucova hökm oxunub
Dünən, 13:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru