"Pul verməyəndə elə edir ki, ya uşaq ölsün, ya ana, ona `qəssab Kəmalə` deyirlər" - Naxçıvanda NARAZILIQ
Tarix: 2-05-2022, 12:15 | Çap et
 Naxçıvan Doğum Mərkəzində doğuş zamanı ölən ana və uşaqların sayının günbəgün artdığı bildirilir. Buna səbəb, doğuşdan öncə rüşvət verməyən ailələrə xəstəxanada biganə yanaşılmasıdır. Mərkəzdə qeysəriyyə əməliyyatı üçün 1500, təbii doğuş üçün isə 500 manat rüşvət tələb olunduğu bildirilir. Rüşvətxorluğun qurbanı olub, ölümə tərk edilənlər isə, bu məbləği verə bilməyən aztəminatlı ailələrdir. DİA.AZ xəbər verir ki, bununla bağlı "Gündəlik Naxçıvan"a xeyli sayda şikayətlər daxil olub. Şikayətçilər deyir ki, bu qanunsuzluq və qeyri insani münasibətin başında mərkəzin baş həkimi Kəmalə Qurbanova durur. Onun, yerli hakim ailə Talıbovlara yaxın olduğu bildirilir.

Şahbuz rayon sakini Faiq Məmmədov deyir ki, doğuş üçün mərkəzə müraciət edənlərə ilk olaraq, keysəriyyə əməliyyatının vacib olduğunu deyirlər: "Hamıya birmənalı olaraq, eyni sözü deyirlər. Qorxudurlar ki, əməliyyat olmasa, ana və uşaq ölə bilər. Hamı da bilir ki, yalan deyirlər, məqsədləri pul almaqdı. Lakin, məcbur qalıb verirlər. Bilirlər ki, rüşvət verməsələr, ananı da, uşağı da ölümə buraxacaqlar. Bu yaxınlarda mən də gəlinimi aparmışdım. Mənə də eyni sözləri dedilər. Baxdılar ki, əməliyyat üçün pulum yoxdu, onsuz da verə bilməyəcəm, dedilər yaxşı, 500 manat versən, elə edərik, normal doğuşla ölməzlər. Yoxsa, qarantiya vermirik. Məcbur qaldım, borc alıb, verdim dedikləri pulu. Uşağı çıxarmağa gedəndə gəlin dedi ki, bir ailə pul vermədiyi üçün, elə etdilər, doğuş zamanı uşaq öldü". Digər şikayətçi Yaşar Qurbanov deyir ki, rüşvət verə bilmədiyi üçün, onun qohumunun da başına eyni faciə gəlib: “Bacım oğlu həyat yoldaşını doğuş üçün oraya aparmışdı. Dedilər əməliyyat olmalıdır. Pul istədilər verə bilmədik. Uşağın ölüsünü bizə verdilər. Xoşbəxtlikdən anaya bir şey olmadı”. Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən doğum mərkəzi işçilərindən biri deyir ki, imkansız xəstələrə rəhm edən həkimlər cəzalandırılır: “Bu qaydalar Kəmalə Qurbanova baş həkim təyin ediləndən sonra qoyulub. O vaxta kimi, doğuşların 5-10 faizi keysəriyyə əməliyyatı tələb edirdi. Yerdə qalan təbii doğuşla. İmkanı olmayanı da ötüşdürürdülər. Kəmalə xanım baş həkim təyin olunandan sonra, bu rəqəm 80-90 faizə qalxdı. Hamını qorxu altında əməliyyata məcbur edir ki, çox pul alsın. Pul verməyəni qəsdən elə edir ki, ya uşaq ölsün, ya ana. Bununla digərlərinin gözünü qorxudur. Buna görə də, Naxçıvanda ona "qəssab Kəmalə" ləqəbi qoyulub. Bunu hamı bildiyindən borc-xərc tapıb gətirib verirlər. İşçilərdən, həkimlərdən kimsə onun qoyduğu qaydalardan kənara çıxa bilməz və heç bir kasıba güzəşt edə bilməz. Rüşvət işinə birbaşa özü baxır". Bir neçə ay öncə Babək rayon sakini Zeynal Bağırzadə 450 manat rüşvət vermədiyi üçün, yeni doğulan nəvəsi və gəlini doğum mərkəzində bir neçə gün girov saxlanılmışdı. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra, onlara evə getməyə icazə verilmişdi. Naxçıvan Doğum Mərkəzindən ittihamlarla bağlı sualları cavablamaqdan imtina ediblər.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01 |
|
|
|
• Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55 |
|
|
|
• Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35 |
|
|
|
• İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13 |
|
|
|
• ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12 |
|
|
|
• “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51 |
|
|
|
• "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45 |
|
|
|
• Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31 |
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Dünən, 13:43 |
|
|
|
|