"Xaliq Faiqoğlu"nun Ramiz Mehdiyevə aidiyyatı varmı? - İDDİA
Tarix: 4-05-2022, 10:28 | Çap et
 Qısa məlumat üçün qeyd edək ki, 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayan şirkət , sonra 2004-cü ildə “Xaliq Faiqoğlu” MMC təsis etmiş və 50 ədəd xırdatutumlu Mercedes Benz markalı mikroavtobusları 18 və 65 saylı marşrut xəttləri üzrə istismara vermişdir. 2006-2007-ci illərdə iritutumlu 25 ədəd İveco Eurociti markalı avtobuslar 65 saylı marşrutda istismara buraxılmış əlavə 79 saylı marşrut xətti istifadəyə verilmişdi; Sonrakı illərdə Türkiyə, Koreya istehsalı olan avtobusar istismara buraxılmışdır. Yəni şirkətin qısa tarixçəsi haqqında bu qədər. Şirkətin sahibi Faiq Seyidovun adı onun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakıda qəza törədərək piyadanı vurub öldürməsi ilə gündəmə gəlib. Sonra Faiq Seyidovun oğlu hansı yollasa, bu cinayət əməlindən canını qurtara bilmişdi. Hələ 2014-cü ildə Faiq Seyidovun adı Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevlə birgə hallandı, hətta şərik olduqları mediada qeyd olundu. Sonrakı illərdə Xaliq Faiqoğlunun adı keçmiş şəriki Azadxan Xanməmmədovun həbs olunması məsələsində hallandırıldı. Daha sonra Xaliq Faiqoğlunun adı şəhid ailələrinin adına olan marşrut xətlərinin özününküləşdirməsində də çox hallanıb. Biz Ramiz Mehdiyevin adını əbəs yerə çəkmədik. Bəli, Gündəlik-Bakı dəfələrlə yazıb ki, Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz bütün günü “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ? Xaliq Faiqoğlunun adı daha nələrdə hallanmayıb..? Gözü yaşlı ana fəryad edir ki, oğlum Xaliq Faiqoğlunun qarajında faciəli şəkildə ölüb: “Hələ 18 yaşı tamam olmayan oğlum şirkətin qarajında elə ilk iş günü faciəli şəkildə ölüb. Şirkət isə deyir, oğlunu işə rəsmi qaydada götürməmişdik, ona görə də başına gələnlərin bizimlə əlaqəsi yoxdur”. Zavallı ana deyir ki, mən onun işləməsinə razı deyildim, deyirdim, bu gün-sabah 18 yaşın tamam olacaq, əsgərliyə gedəcəksən, qayıdandan sonra işləyərsən: “Mənə qulaq asmadı. Avqustun 11-də işdən gəldim, oğlum dedi ki, Təbriz üzbəüz qarajda özünə iş tapıb, bu gündən işə çıxıb. Həmin gün axşam saat 8-də getmişdi, işi də gecələr qaraja toplaşan avtobusları yuyub təmizləməkdən, dezinfeksiya etməkdən ibarət olub. Elə ilk iş günündə - bir neçə saatdan sonra Təbriz faciəli şəkildə dünyasını dəyişib”. Təsəvvür edirsiniz, Xaliq Faiqoğlu hətta ölən cavan oğlana görə, onun ailəsinə quru başsağlığı da verməyib. Zavallı ana hadisə yerindəki kameraların açılmasını tələb edir, amma cənab Faiqoğlu buna imkan vermir… Bunlar hələ harasıdır..? Xaliq Faiqoğlu şirkətindəki sürücüləri 44 günlük Qarabağ savaşında döyüş bölgəsinə xidmət üçün göndərib. Həmin sürücülər bu günədək öz ezamiyyət xərclərini Xaliq Faiqoğludan ala bilmirlər. Sözün qısası, Faiqoğlu şirkəti ilə bağlı problemlər yazmaqla bitən deyil. Bu gün Gündəlik-Bakıya daxil olan məlumata görə, Xaliq Faiqoğlunun şirkətinə daxil olan avtobusların sərnişinləri ciddi etiraz ediblər ki, niyə avtobuslarda kondisioner işləmir. Hətta sərnişinlər sürücülərə qarşı kəskin etirazlar ediblər. Sürücülər isə deyir ki, bu barədə şirkətin sahibi Xaliq Faiqoğluna xəbər verəndə deyib ki, boş verin, mən kondisionerə pul xərcləyə bilmərəm. Sözün qısası, Xaliq Faiqoğlu üçün qanun-filan yoxdur. Onun bir qanunu var, o da Ramiz Mehdiyevdir. Vəssəlam. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. P.S Hal-hazırda hava soyuq olsa da bir neçə gün öncə hava çox isti idi. //gundelik-baku.com//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03 |
|
|
|
• Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00 |
|
|
|
• Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51 |
|
|
|
• “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46 |
|
|
|
• Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44 |
|
|
|
• Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41 |
|
|
|
• USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39 |
|
|
|
• Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38 |
|
|
|
• «Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23 |
|
|
|
• Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14 |
|
|
|
• Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11 |
|
|
|
• Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01 |
|
|
|
• Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55 |
|
|
|
• Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35 |
|
|
|
• İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13 |
|
|
|
• ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12 |
|
|
|
• “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51 |
|
|
|
• "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45 |
|
|
|
• Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31 |
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
|