Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                     Xalq artisti 10 min manat maaş alacaq? .....                     Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ .....                     Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? .....                     44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... .....                     Biz istəyirik, referendum olsun, lakin... .....                     Mədəniyyətimizin dərdinə yanırlarmış... .....                     “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer .....                     Jurnalist mətbuat katibi təyin olundu .....                     Rublun bahalaşması davam edə bilər? .....                     "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir" .....                     “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                     Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb .....                     «Kontakt Home» yenə də aldatmaqla məşğuldur .....                     Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər .....                     Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU .....                     Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR .....                     Paytaxtda qardan təmizləmə işləri davam edir .....                     Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... .....                     "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ .....                 

Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB... - Baxanı da yoxdur...
Tarix: 2-06-2022, 10:59 | Çap et
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bu ilin yanvar ayında Prezident sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Ölkəyə gələn bir çox xarici qonaqlar, o cümlədən, siyasilər, mədəniyyət sahəsinin tanınmış nümayəndələri, qardaş Türkiyənin bir çox parlaq simaları hər dəfə ölkəmizə təşrif buyuranda, ilk gedəcəkləri yerlərdən biri, hətta birincisi Şuşa şəhəri olur. Bu, artıq dəb halını alıb. Şuşa şəhərində demək olar ki, hər ay bir tədbir keçirilir, bir konsert verilir və bütün sosial şəbəkələr həmin festivalların görüntüləri ilə dolub-daşır. Şuşa şəhəri ölkəmizin mədəniyyət mərkəzidir və bütün bu tədbirlər normaldır, keçirilməlidir. İllərlə biz xalq olaraq bu günləri gözlədik, nəhayət görmək, duymaq, o torpaqlara ayaq basmaq uca Yaradan tərəfindən bizə qismət oldu.
Ancaq ortada olduqca anormal bir mənzərə də var - 2022-ci il “Şuşa ili” elan edilir və bu şəhər ölkənin mədəniyyət mərkəzinə çevrilir, bununla yanaşı, paytaxt Bakıda yerləşən “Şuşa”, yəni Şuşa kinoteatrı zibilliyin, antisanitariyanın, sərxoş və tüfeyli həyat tərzi sürənlərin mərkəzinə çevrilir. Açığı, heç burada həmin o məşhur kinoteatrdan əsər-əlamət də qalmayıb, sadəcə əvvəllər onun yerləşdiyi yer indi dəmirlərlə hasarlanıb və on illərdir ki, o vəziyyətdədir. İçəridə ağaclar, kollar bitib, amma bu kollar, ağaclar sanki kimsə tərəfindən əkilməyib, əksinə, insan ayağı dəymədiyindən, təbiət özü bitirib. Ancaq yox, bura insan ayağı dəyir, hətta burda özünə yorğan-döşək salıb yatan kimsəsizlər də var.

Gənclik metrosundan çıxıb, üzü Atatürk parkı istiqamətində getdim. Kinoteatrın xarabalıqlarını görmək üçün Qazi Mustafa Kamal Atatürkün adını daşıyan bu prospektdən və eyniadlı parkdan keçməli idim. Parkın girişində “Atatürk parkı” yazılsa da, içəridə Atatürkü xatırladan bir yazı, lövhə, tikili belə yox, hər yer kafe-restoran və adları da əcnəbi dillərdə. Tiragikomediya isə orasındadır ki, Atatürkün adını daşıyan parkın daxilindəki restoranların adları ingiliscədir. Təbii ki, bir çox suallar da yaranmış olur: bu parkın Atatürklə uzaqdan-yaxından nə əlaqəsi var? Parkda restoran və kafelərin nə işi var? Bu sonuncu sual həqiqətən maraqlıdır. Bakı sakinləri icra hakimiyyətlərinin qorxusundan öz evinə bir qapı sala bilmir ki, bu saat gəlib, başına uçuracaqlar, amma şəhərin mərkəzində, insanların asudə vaxt keçirməsi üçün salınmış parkda kafe-restoran əlindən tərpənmək olmur. Mən bilən, Atatürk restoran adamı yox, cəbhə adamı olub, yaxşı olardı ki, dəyişikliyə elə ilk öncə parkın adından başlayardılar, bu park Mustafa Kamalın adını daşımağa qətiyyən layiq deyil.

Qayıdaq əsas mövzumuza - Şuşa kinoteatrına, yaxud da kinoteatr xarabalığına. Bölgə illərdir iri dəmir lövhələrdə qapadılıb, nə bir tikinti var, nə də bir təmizlik. Ətrafda içki şüşələri, iynələr, içi zibil dolu sellofan torbalar, bir də bütün bunların içində özünə yataq yeri düzəltmiş və şirin yuxuda olan kimsəsiz biri... Görüntülərdən belə anlaşılır ki, bu dəqiqə aidiyyatı qurumlardan heç birinin bu əraziyə ayıracaq nə zamanı, nə də marağı var. Bəlkə nə vaxtsa ölkə prezidenti bu yerdə yenidənqurma barədə sərəncam imzalasa, onda hər birinin gözü də, könlü də açılacaq. Məlum, ortada yenidənqurma üçün ayrılacaq dövlət vəsaiti var axı. Necə bir zamanlar Şuşa şəhəri ilə bağlı bəzi özünü ağıllı zənn edən nazir-məmur tayfası Prezidentə təkliflər etmişdilər ki, şəhərdə zastava, otel binaları, kimlərinsə nəzarətində ola biləcək biznes mərkəzləri açılsın. Həmin vaxt ölkə rəhbəri bütün bu “təklif”ləri rədd etmiş, hətta onlara öz hədlərini bildirmişdi. Eyni şey bu gün xarabalığa dönmüş Şuşa kinoteatrı üçün də keçərlidir. Bura indi heç kimin marağında olmayan, zibilliyə dönmüş boş ərazidir. Bəlkə də, hansısa icra başçısının, məmurun burda tikmək istədiyi xülyaları var, ancaq bu, diqqət çəkəcəyindən belə bir işə qol qoymaq istəmir. Ətrafda sıx ağaclar da var, əgər obyekt tikilsə, gərək həmin ağaclar kəsilə, yaşıllıq da yox ola. İndi bu ərazidə nə Atatürk parkında olduğu kimi restoran-kafe aça bilirlər, nə də əvvəlki kinoteatr binasını inşa edirlər. Necə deyərlər, yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal.

Məsələ ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti ilə əlaqə saxladım. Bildirildi ki, bu ərazi Binəqədi rayonu İH-nin balansında olduğundan bu barədə heçnə edə və deyə bilməzlər. Binəqədi İH isə bildirir ki, Şuşa kinoteatrı kimi mədəniyyət sahəsinə məxsus tikililərdən Mədəniyyət Nazirliyi məsuliyyət daşıyır, gərək, onlar bu işə maraq göstərsinlər. Mədəniyyət Nazirliyi isə bildirir ki, 2006-cı ildə ölkə prezidentinin sərəncamı ilə bir sıra kinoteatr özəlləşdirməyə açılıb. Onların sırasında “Şuşa“ kinoteatrı da olub. Bu baxımdan da nazirliyin balansından çıxarıldığından sözügedən obyektin acınacaqlı durumunun və gələcək aqibətinin onlara heç bir aidiyyəti yoxdur.

Qarabağdakı Şuşanı erməni vandalizmindən təmizlədik, bir qaldı Bakıdakı “Şuşa”mızın fəthi. Görək, buna gücümüz, qüdrətimiz çatacaqmı, yoxsa paytaxtda da şəhid verməli oalacağıq?...
Bizimyol.info

Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru