Şəhid ailəsi başçıdan HAQQINI TƏLƏB EDİR... - FHN şefinə güvənən başçı...
Tarix: 25-07-2023, 10:56 |
Çap et
DİA.AZ: - Qəbələnin icra başçısı Səbuhi Abdullayevbütün görəvi boyunca məhz hazırki Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova güvəndi... onun çətiri altında fırlandı. Günü bu gün də Səbuhi Abdullayevin himayədarı Kəmaləddin Heydərovdur. Elə buna görə də kimsə Qəbələnin icra başçısına söz deyə bilmir. Hər halda anlaşılanı budur.
DİA.AZ bildirir ki, bu səbəbdən də özünü güvəndə hiss edən Səbuhi müəllim hətta canını bu millətin, bu dövlətin uğrunda fəda edənıərin haqqına belə girməyə cəsarət edir. Bu cəsarətin altında yalnız bir izahı yaza bilərik: ÖZBAŞINALIQ...
DİA.AZ bildirir ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.
Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı daha geniş materialımızı təqdim edəcəyik. Hər halda, bunun özü müddətdir ki, Səbuhi müəllim Şəhid ailəsindən oğurladığı 35 sot torpağı geri qaytarsın... harda? Bu barədə geniş materialımız olacaq. Hər halda bu faktlar yetərlidir ki, Səbuhi müəllim qarışıq Qəbələnin daha bir neçə AKULASINI dövlət dama bassın...
Bizi izləməkdə davam edin. Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...