Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. - AXI NİYƏ?
Tarix: 20-09-2024, 11:08 | Çap et
 "Müxtəlif təhsil ocaqlarında müəllimlikdən (44 nömrəli məktəb, Bakı Türk liseyi, Bakı İslam Universiteti, Bakı Dövlət Universiteti) savayı, 9 il kafedra müdiri (NDU, Şərq dilləri və ədəbiyyatı kafedrası), dövlət qulluğunda 1 il şöbə müdiri, ardınca dövlət vəzifəsində10 il idarə rəisi oldum və nəhayət, akademiyada 10-cu ildir ki, şöbə müdiriyəm. Məsuliyyətlə, vicdanla çalışdım, fəqət bəzi “bacarıqlılar” kimi özümə gün ağlaya bilmədim. Xaraktercə qətiyyən vəzifəyə meyilli birisi olmamışam və deyiləm". Dia-az.İnfo xəbər verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

İdris Abbasov
Hal-hazırda bir elm adamının və şəxsən özünün sosial problemlər içində boğulduğunu diqqətə gətirən İ.Abbasov daha sonra bildirir: "Dəvət ediblər, xeyli tərəddüd etmişəm və dəvətlə bağlı məsləhət istədiyim insanlar, əsasən, özümdən daha təcrübəli saydığım tələbə yoldaşlarım və tanışlar dəvəti qəbul etməyimi məsləhət biliblər. Hətta onlardan biri: “Müəllimliklə hara qədər gedəcəksən? Get, 1-2 il işlə, bilik və bacarığını, dil bilgilərini göstər, sonra ərəb ölkələrindəki səfirliklərimizin birində işləməyə göndərərlər. Sən qabiliyyətini yas mərasimində göstərmisən, çıxış etmisən, təcvidlə Quran oxumusan, ərəbcə duaları həm də ana dilində söyləmisən, orijinal performansın auditoriyanı təəccübləndirib və mərasimdə iştirak edən rəhbər şəxslər sənin dövlət üçün məhz dini sahədə faydalı olacağını düşünüblər. Yeni qurumdur, get, təşkil et, məharətini göstər. İmtina etməyin xidmətdən yayınan fərari əsgərin davranışına bərabər olar və bütün yolların bağlanar, heç müəllimlik etməyə də qoymazlar”. Getdim və 1-2 il güman etdiyim o vəzifə 11 ilə yaxın çəkdi və real şəraitdə vəzifənin mənim kimi adamlar üçün bir işgəncə olduğunu bir daha təsbit etdim. Mənim üçün vəzifə = ağır məsuliyyət, dərd, qayğı, stress və narahatlıq. Vəzifədən çıxmaq üçün dəfələrlə etdiyim müraciətlərə “Səni bura gətirmişik, otur, işlə!” cavabını aldım. Rəhbərliyin iradəsinə zidd addım atılmasının bədəli isə ağır idi. Yalnız 10 ildən sonra Bakıya xəstəxanaya yerləşdirildim. Oradan dəfələrlə göndərdiyim ərizələr əsasında, nəhayət, vəzifədən azad olundum (noyabr 2012-ci il). Xəstəliklə pensiyaya çıxıb yüksək təqaüd almağımı təklif edənlər az olmadı. Dedilər ki, həkimlərə görüm-baxım edim (yəni rüşvət verim), dövlət qulluğu ilə pensiyaya çıxım: “Qalxan templə azı 1000-2000 pensiya alıb ömür boyu kef edəcəksən”. Təəssüf ki, dövlətə və xalqa xəyanətlə belə “kef edənlərin” sayı az deyil. Dogrudur, bir sıra üzvi xəstəliklərim təqaüdə çıxmağımı qanuni cəhətdən inkar etmirdi, ancaq mənim xəstəliklərim zehni əmək qabiliyyətimi istisna etmir axı. Keçən 12 il ərzində bir çoxlarının etdiyi fırıldaq və rüşvət yolu ilə dövlət büdcəsinə vurulan böyük məbləğdə təqaüd ziyanlarının iştirakçısı olmadığım üçün Allahıma şükür edirəm. Və Rəbbimə ona görə həmd edirəm ki, mövcud xətəliklərin müqabilində məni müayinə edən həkimləri heyrətə salacaq dərəcədə işləmək gücü və potensialı verdi... Azərbaycanda real iş təcrübəmdən mənə bir daha aydın oldu ki, vəzifədə olduğun müddətdə yüksək maaş alıb maddi-məişət ehtiyaclarını qarşılaya bilərsən, fəqət dövlətin və xalqın gələcəyinin şikəst edilməsi prosesində ciddi paya sahib olmasan, yaxud cinayətə bulaşmasan, nəinki var-dövlətə, hətta məskunlaşa biləcəyin normal bir mənzilə belə, sahib ola bilməzsən. Paradoksal görünsə də, təhsildən, o cümlədən işə qəbul olunmağımdan tutmuş işlədiyim müddət ərzində bütün həyatım boyu heç vaxt bəhanə və fırıldaq yolu ilə pul qazanmağın, rüşvət alış-verişinin subyekti, yaxud obyekti olmamışam. Deməli, yaşadığımız cəmiyyətdə nə qədər xidmətin, dürüst əməyin olsa da, əgər rüşvət və qanunsuz qazanc yollarına əl atıb öz dövlətinə və xalqına ziyan vurmasan, sonunda maddi ehtiyaclar içərisində məhv olmağa doğru gedəcəksən... Nə qədər pozitiv görünməyə çalışsam da, hazırda sadalanan pisliklərə baş vurmayan bir azərbaycanlı ailəsi olaraq şəxsən mənim maddi-sosial durumum daha da pisləşməyə doğru gedir. Dövlətə və xalqa nifrət etmək prosesinə qoşulmadığım üçün, görünür, cəmiyyət mənə daha ağır cəza vermək qərarına gəlib..."

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İNVEST.AZ-ın adı QARANLIQ İŞLƏRDƏ... - TƏFƏRRÜAT
Bu gün, 00:25 |
|
|
|
• Elvin nazirliyə və AFFA-ya müraciət etdi - FOTO
Bu gün, 00:20 |
|
|
|
• Naxçıvanda sabiq sədr saxlanıldı - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 00:15 |
|
|
|
• Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"
Bu gün, 00:10 |
|
|
|
• İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Dünən, 18:58 |
|
|
|
• Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Dünən, 18:23 |
|
|
|
• Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Dünən, 18:08 |
|
|
|
• Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Dünən, 17:51 |
|
|
|
• Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:44 |
|
|
|
• Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Dünən, 17:38 |
|
|
|
• Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Dünən, 17:36 |
|
|
|
• Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Dünən, 17:34 |
|
|
|
• Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Dünən, 15:02 |
|
|
|
• Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Dünən, 14:58 |
|
|
|
• Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Dünən, 14:57 |
|
|
|
• Fatimə Mövlamlı həbs edildi
Dünən, 14:54 |
|
|
|
• Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Dünən, 14:00 |
|
|
|
• Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Dünən, 12:09 |
|
|
|
• Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Dünən, 11:46 |
|
|
|
• Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Dünən, 11:43 |
|
|
|
• Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Dünən, 11:26 |
|
|
|
• Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Dünən, 11:23 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 11:20 |
|
|
|
• Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Dünən, 11:10 |
|
|
|
• Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Dünən, 11:02 |
|
|
|
• Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Dünən, 10:51 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
• Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Dünən, 10:45 |
|
|
|
• Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Dünən, 10:40 |
|
|
|
• Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Dünən, 10:39 |
|
|
|
• Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Dünən, 10:37 |
|
|
|
• İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Dünən, 10:33 |
|
|
|
• “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Dünən, 10:32 |
|
|
|
• 248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Dünən, 10:28 |
|
|
|
• Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:24 |
|
|
|
• "Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Dünən, 10:22 |
|
|
|
• Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:17 |
|
|
|
• AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Dünən, 09:58 |
|
|
|
• Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Dünən, 09:49 |
|
|
|
• "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Dünən, 09:46 |
|
|
|
• AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Dünən, 09:43 |
|
|
|
• "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Dünən, 09:41 |
|
|
|
• ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Dünən, 09:34 |
|
|
|
• Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Dünən, 09:30 |
|
|
|
• Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Dünən, 09:25 |
|
|
|
• Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Dünən, 09:23 |
|
|
|
• "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 09:21 |
|
|
|
|