Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                 

Nazir oğlunun rəhbərlik etdiyi "DDLAR GROUP" milyardlıq layihələri necə "udur"? - Azad Rəhimovun biznesi haqda bilmədiklərimiz
Tarix: 14-05-2015, 10:53 | Çap et
Nazir oğlunun rəhbərlik etdiyi "DDLAR GROUP" milyardlıq layihələri necə "udur"?
Son illərdə ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir və bu sahəyə külli miqdarda vəsait ayrılır. Bütün beynəlxalq idman federasiyaları və assossiasiyalarının rəsmi hesabatlarında Azərbaycanda bu sahəyə ayrılan diqqət öz əksini tapıb. Tikilən idman-sağlamlıq komplekslərinin, idman komandalarının saxlanmasına, onların bütün beynəlxalaq yarışlarda iştirakının təmin edilməsinə hər il büdcədən on milyonlarla manat vəsait ayrılır.

Amma yenə müxtəlif idman federasiyaları və komandalar yarışlara getmək üçün maliyyə problemləri ilə üzləşir, idman komplekslərində yaranan kommunal və ya texniki problemlərə görə məşqlərini davam etdirə bilmirlər. Aparılan araşdırmalar göstərir ki, hər idman kompleksinin saxlanması, işlək vəziyyətdə olması üçün böyük vəsaitlər sərf edilir. Əksər idman komplekslərində isə vəziyyət elə də ürəkaçan səviyyədə deyil. Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında həyata keçirilən bir sıra layihələrdə qeyri-şəffaflıq nəzərə çarpır, həmçinin tenderlərin keçirilməsi zamanı mövcud qanunlara riayət olunmur. Yadınızdadırsa, ötən saylarımızdan birində idman arenalarının tikilməsi işlərinin gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarəti altında olduğunu bildirmişdik. Qısaca vurğulayaq ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan nazir oğlu bunun ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. O, 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib, sonradan "DDLAR GROUP" adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, məmur oğlu 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1"in "Qran Pri" yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində "Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov "Qran Pri" yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bununla da Azərbaycan postsovet məkanında Rusiyadan sonra "Formula 1" yarışına ev sahibliyi edəcək ikinci ölkə olacaq.

Nəzərinizə çatdırmaq istəyirik ki, hələ indiyə qədər nazirin və oğlunun sahibi olduğu biznes sahələri haqda mətbuatda elə də geniş məlumat getməyib. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, "DDLAR GROUP" şirkəti Gəncər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tender layihələrinin əsas qalibidir. İlk öncə sizə şirkətin yaranma tarixi haqda qısa məlumat vermək istəyirik. 1999-cu ildən fəaliyyətə başlayan "İnşaatçı" tikinti firması sonradan "DDLAR Group"a çevrilib. Qrupun tərkibinə tikinti və onu müşayiət edən xidmətlər, memarlıq həlqələri, interyerlərin dizaynı, beton istehsalı və bir çox başqa sahələrlə məşğul olan şirkətlər daxildir. "DDLAR Group" "Hər şey bir əldə" prinsipi ilə işləyir. Bu qrupa "İnşaatçı", "Mega Dizayn" və "Monolit Beton" şirkətləri daxildir. Araşdırmalara görə, Azad Rəhimov nazir vəzifəsinə keçdikdən sonra biznes sahəsindəki əlaqələrini daha da genişləndirib və idman sahəsinə ayrılan vəsaitlərin böyük hissəsini oğlunun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə yönəltməyi bacarıb. Belə ki, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Əldə etdiyimiz məlumatlara görə, sadalanan rayonlarda olimpiya komplekslərinin tikilməsi məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. İddialara əsasən, nazir oğlunun şirkəti tərəfindən həyata keçirilən tikinti işləri zamanı maliyyə pozuntularına yol verilib ki, nəticədə rəhimovların sərvəti qısa müddətdə çoxalıb. Bakı Su İdman Sarayının tikintisi, "Crystal Hall"un Birinci Avropa Oyunları üçün hazırlığı, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işlərini də Arif Rəhimovun şirkəti aparıb. Bütün bunlar qrupun rəsmi İnternet səhifəsində qeyd olunub. Hələ bu harasıdır. Məlumatlı mənbənin bildirdiyinə görə, nazir postuna təyin olunana qədər biznes sahəsində ciddi uğurlar qazanmış Azad Rəhimov oğlunun da özü kimi tanınmış biznesmen olmasına lazımi təkan verir: "Gənclər və İdman Nazirliyinin sifarişi ilə icra edilən layihələrdə maliyyə fırıldaqları mövcuddur. Müvafiq qurumlar yoxlama aparmaqla həmin maxinasiyaların üstünü aça bilər. Nədənsə bəzi qüvvələr bu işdə maraqlı deyillər. Onu da demək lazımdır ki, Gənclər və İdman Nazirliyinin rəhbəri tikinti sektorunda əsas pay sahiblərindən biridir. "DDLAR GROUP" tərəfindən təhvil verilmiş layihələrə nəzər salsaq bunu görə bilərik. "Green park", "İzmir", "Green Palace", "Astoriya", "Megacity" kimi böyük yaşayış kompleksləri məhz nazir oğlunun tikinti biznesinin tərkib hissəsidir. Tenderlərin şəriksiz qalibi olan "DDLAR GROUP" şirkətinin illik gəliri bəlkə də milyardlara bərabərdir. Əlbəttə, bu işdə nazirin böyük rolu var. Çünki o rəhbərlik etdiyi qurumun tenderlərinin böyük hissəsini oğlunun şirkətinə istiqamətləndirir. Beləliklə, dövlət büdcəsinin vəsaitləri nazirin himayəsindəki şirkətin bank hesablarına köçürülür".

Nazirin və oğlunun biznesi təkcə ölkə hüdudları ilə kifayətlənmir. "DDLAR GROUP" sərmayə layihəsi çərçivəsində Səudiyyə Ərəbistanında 2 və 3 mərtəbəli kotteclər layihələndirərək inşa edib. 96 kottecin inşası yerli landşaft nəzərə alınmaqla yerinə yetirilib. Məmur oğlunun həmçinin İtaliya və İspaniya kimi ölkələrdə də nəhəng biznes obyektlərinin olduğu bildirilir". Deyilənə görə, "Şadurvan" çay evi, " Green Park" elit yaşayış kompleksində yerləşən "Royal Club" da nazirin nəzarəti altındadır.

Qeyd edək ki, bizim heç kimin malında, var-dövlətində gözümüz yoxdur. Bizi maraqlandıran sadəcə büdcə vəsaitlərinin düzgün qaydada xərclənməməsidir. Dövlət qurumlarının həyata keçirdikləri tenderlərdə bir qayda olaraq bu quruma rəhbərlik edən şəxslərə yaxın adamların şirkətlərinin qalib gəlməsi artıq ənənə halını alıb. Bunu görmək üçün keçirilən tenderlərə nəzər salmaq kifayət edir. Tender elan edən qurumun orada iştirak edən şirkətlərlə əlaqəsinin olması isə yolverilməzdir. Bu məqamlar qanunvericilikdə öz əksini tapıb. Əfsus ki, gənclər və idman naziri qanunların tələbini kobud şəkildə pozaraq tenderlərin yetərli hissəsini oğlunun rəhbərlik etdiyi şirkətə verir. Hesab edirik ki, bu kimi hallar aidiyyəti dövlət qurumları- Hesablama Palatası, Maliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalı və büdcəyə divan tutan şəxslər qanunamüvafiq qaydada cəzalandırılmalıdır.
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru