Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                 

Daha bir maliyyə fırıldağı şəbəkədi: Dövlətin götürdüyü krediti "yeyiblər" - FAKTLAR
Tarix: 27-05-2015, 12:21 | Çap et
Daha bir maliyyə fırıldağı şəbəkədi: Dövlətin götürdüyü krediti "yeyiblər"
Fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının inkişafına yardımçı olmaq, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərmək, aqrar bölmənin stimullaşdırılmasını həyata keçirmək, kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, kredit ittifaqlarının, borcalanlar qrupunun yaradılmasına, inkişaf etdirilməsinə dəstək vermək, onlara kreditlərin verilməsini təmin etmək olan "İcraçı Kredit Agentliyi" (İKA) MMC Bank olmayan Kredit Təşkilatının sədri Arif Əliyevlə bağlı redaksiyamıza tükürpədən məlumatlar daxil olub.

Redaksiyamızın elektron poçt ünvanına məktub göndərən şəxs iddia edir ki, agentliyin rəhbəri kredit təşkilatlarının rəhbərləri ilə əlbir olaraq Dünya Bankından ayrılan milyonlarla vəsaiti başqa istiqamətlərə yönəltməklə məşğul olur bu fəailiyyətini hazırda da davam etdirir. "O, yaxın ətrafına məxsus ayrı-ayrı şəxslərin adına kənd təsərrüfatı və sahibkarlığın inkşafı adı altında bir neçə milyon dollar kredit götürərək həmin vəsaitləri özünün başqa biznesinə yönəldib. Bu əməliyyatların bir çoxu Salyan rayonunda həyata keçirilir. "İcraçı Kredit Agentliyi"nin rayonlarda fəaliyyət göstərən kredit təşkilatlarına ayrılan vəsaitlərdə Arif Əliyevin və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyinin sabiq baş direktoru Razim Vəliyevin də payı var. Bank Olmayan Kredit Təşkilatı məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyi olub. Lakin MMC rəhbəri assosiasiyanın idarə heyətinin sədri Ayaz Quliyevlə əlbir olaraq qeyri-qanuni yollarla Bank Olmayan Kredit Təşkilatını öz və yaxın adamlarının adına özəlləşdirməyə nail olub. İKA-nın qeyri-adi özəlləşdirmə strategiyası ondan ibarətdir ki, agentliyin nizamnamə kapitalındakı payını azaldaraq Arif Əliyev başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçiblər. Bu şəxs hazırda dövlət zamanəti ilə Dünya Bankından alınan 18,8 milyon ABŞ dollarını "özünün özəl təşkilatı"nın vəsaiti kimi istifadə edir və dövlətin büdcəsinə qaytarmağa tələsmir". Məktub müəllifi daha sonra yazır ki, bu vəsaitin ölkəmizə gətirilməsi və İKA vasitəsilə Kİ-lərə paylanılması müvafiq hökumət qurumu, eyni zamanda Dünya Bankı tərəfindən agentliyin təsisçisinin tam olaraq ictimai birlik, yəni "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" olması təqdirində razılaşdırılmışdır. Yəni "İcraçı Kredit Agentliyi" MMC-də 18,8 milyon dolların dövriyyəsindən əldə olunan mənfəət heç bir fiziki şəxsin marağı olmadan ilin sonu nizamnamə kapitalına əlavə olunmalı, layihə bitdikdən sonra isə dövlət büdcəsinə ötürülməli idi. MMC sədri isə mütəmadi olaraq kredit ittifaqlarının sədrlərini öz otağında toplayır, onları bu strategiyanı həyata keçirməyə məcbur edir. Əks halda onları kreditdən məhrum etməklə hədələyirdi. Absurd odur ki, kredit ittifaqları assosiasiyanın üzvü olmalarına baxmayaraq, sədrlərindən pul yığmaqla həmin şəxsləri ikitərəfli təsisçi etmələri heç bir məntiqə sığmır. Həmçinin dövlət layihəsini icra edən və kapitalı dövlət vəsaitindən ibarət olan təşkilatın naməlum fiziki şəxslər tərəfindən özəlləşdirilməsi də bir daha Dünya Bankının vəsaitinin heçç-puça çıxarılmasına ciddi şübhələr yaradır. Layihə çərçivəsində kəndli fermerlər və kiçik sahibkarlar kredit ittifaqları vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə etməklə öz güzəranlarını yaxşılaşdırmalı idilər. Dövlətə çatası olan mənfəət isə müxtəlif təsisçilərin adı ilə özəlləşdirilərək Arif Əliyev və onu himayə edən şəxsə çatdırılırdı. Bunun həyata keçirilməsində Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş baş direktoru, hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin rəhbəri vəzifəsində çalışan Razim Vəliyev səbəbkardır. Beləliklə sədr İKA-nı məhz özünə qulluq etmək üçün özəlləşdirərək qanunsuz işlərinə davam edir. Kredit ittifaqları hələ 1999-cu ildə ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin qərarı və dəstəyi ilə yaradılıb. Onların əsas məqsədi dünyanın bütün ölkələrindəki kimi beynəlxalq prinsiplərə əsaslanaraq yoxsul təbəqənin həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Lakin Arif Əliyevin Dünya Bankı tərəfindən ayrılan vəsaitləri özəlləşdirməsi böyük problemlər yaradıb. Bu da ölkəmizin beynəlxalq imicinə zərbə vura bilər. Ötən il Dünya Bankı ilə imzalanan sazişə əsasən yeni kredit xətti ayrılanda bankın nümayəndələri kredit ittifaqlarının vasitəsilə işləməkdən qəti şəkildə imtina ediblər. Buna baxmayaraq, İKA öz strategiyasında 2015-ci ildə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıqdan bəhs edir. Bunlar hansı əməkdaşlıqdan bəhs edirlər? Halbuki, dünyanın ən böyük donor təşkilatı olan Dünya Bankı üç ildən çoxdur ki, bunlardan üz döndərmiş, layihənin saxlanmasını tələb etmiş və hətta onların çirkin əməllərindən Azərbaycanın rəsmi dairələrinə şikayət edərək tədbir görməyi tövsiyə etmişdir. Belə ki, agentlik Dünya Bankından alınan kreditləri tam büdcəyə geri qaytarmadan özlərinin gəlir əldə etməsi üçün yararlanır. Gələcəkdə bu borc hökumətin üzərində qala bilər. Kredit ittifaqlarını müflis edən Arif Əliyev, həmçinin başqa yollarla Kredit İttifaqları Assosiasiyasının İdarə Heyətinin sədri vəzifəsinə seçilən Ayaz Quliyev bu əməlləri ilə kimə nə demək istəyir? MMC sədri "Aşıxlı", "Tərəkəmə", "Yüzbaşlı-2", "Aran", "Ləman", "Masallı", "Hindarx" kredit ittifaqlarının və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarıb və onlara az miqdarda kredit göndərir. Salyan rayonunun Alçalı, Bəydili, Arbatan, Ərəbqardaşbəyli, Qızılağac və Salyan şəhərinin 19 nəfər sakininin əmlakı satışa çıxarılıb. Göstərilən vətəndaşların böyük əksəriyyəti əslən salyanlı olan "İcraçı Kredit Agentliyi"nin sədrinin qohumları və ona yaxın olan şəxslərdir. Məhkəmə qərarları faktiki olaraq formal xarakter daşıyır. Çünki mülkləri satışa çıxarılan sakinlərin hamısı həmin evlərdə bu gün də yaşayır, biznes sahələrindən istifadə edirlər. İKA-nın regional nümayəndəsi, sədrin yaxın qohumu Vaqif İslamov "ümidsiz kreditlər" sayəsində milyonerə çevrilib. Onun bütün maliyyə işlərində yaxın dostu "Dollar Rüstəm" kimi tanınan məşhur sələmçi iştirak edir. Faktiki olaraq agentliyin yüz minlərlə vəsaiti sələmçilər tərəfindən dövriyyəyə buraxılıb. Vaqif İslamov bu biznesdən böyük gəlir əldə edir. Kreditlərin isə MMC rəhbərinin şəxsi pulu olduğu deyilir". Məktubda qeyd olunan məqamları araşdırmaq məqsədilə "İcraçı Kredit Agentliyi" MMC-nin (012) 464-83-34 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran xanım Arif Əliyevin yerində olmadığını, işə nə vaxt qayıdacağını isə bilmədiyini söylədi. Günün ikinci yarısında qeyd olunan nömrəyə bir daha zəng vurduq, amma yenə də sədri işdə tapa bilmədik. Növbəti sayımızda Şimal-Şərq (Xaçmaz-Quba-Qusar), Şimal-Qərb (Şəmkir-Tovuz-Qazax) və Cənub (Lənkəran-Astara) bölgəsi üçün ayrılan 50 milyon manatın hansı işlərə xərclənməsi və MMC sədrinin sabiq kənd təsərrüfatı naziri İsmət Abasovla birlikdə gördüyü işlər haqqında şok faktları açıqlayacağıq. Bizi izləməyə davam edin.

P.S. Bildiyiniz kimi, son vaxtlar maliyyə xəyanətində ittiham olunan bir neçə iri iş adamı, böyük şirkətlərin sahibləri həbs olunublar. Fikrimizcə, məqalədə qeyd olunan faktlar müvafiq orqanlar tərəfindən dərinliyinə qədər araşdırılsa, adıçəkilən şəxslərin də həbsi reallaşa bilər.

(Ardı var)
"Gündəlik Bakı"nın araşdırma qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru