Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əliyevin verdiyi "Xalq şairi" medalı satılır
Heydər Əliyevin verdiyi "Xalq şairi" medalı satılır1-11-2017, 11:04 |
![]() Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı satılır. Yenicag.az xəbər verir ki, ona verilən xalq şairi medalı sosial şəbəkə vasitəsi ilə auksiona çıxarılıb. ![]() Auksionda başlanğıc qiyməti olaraq 200 manat göstərilib. Qeyd edək ki, Cabir Novruz 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə xalq şairi adı ilə təltif olunub. Görkəmli şairə təqdim edilən medalın vəsiqəsində də məhz Heydər Əliyevin imzası var. ![]() ![]() Onu da qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Geri qayıt |