Əsas Səhifə > Ölkə, Manşet > Goranboyu görün, KİMLƏR İDARƏ EDİR...
Goranboyu görün, KİMLƏR İDARƏ EDİR...13-07-2022, 10:56 |
DİA.AZ: - "Dövlət idarəçiliyində heç bir təcrübəsi, dövlət qulluğu stajı, siyasi savadı və ictimai nüfuzu olmayan, sırf şəxsi və maddi maraqlar hesabına (ictimaiyyət arasında yayılan söhbətlərə görə-60 min manat rüşvət qarşılığında) 9 illik məktəb direktorluğundan rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilən və 3 ay sonra oradan da uzun müddət vakant olan RİH Başçısının 1-ci müavini vəzifəsinə gətiriən Seymur Nəzərov hazırda Goranboyun rəsmi talanında aparıcı rol oynamaqdadır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalə müəllifi Seymur Nəzərovla bağlı olduqca ilginc faktları da açıqlayır. DİA.AZ olaraq bəyan edirik ki, əslində ağır ittihamların yer aldığı bu faktları araşdırma imkanımız məhdud olduğundan onlardan bəzilərini ixtisar etməli olduq. Beləliklə dia-az.life-a daxil olan məqalədə deyilir: "Goranda mağazada satıcı işləyib, Moskvada kələm ticarəti ilə məşğul olduğu vaxtlarda hansısa səbəbdən intihara cəhd edib və 2010-2012-ci illərdə Moskvada Narkoloji Xəstəxanada müalicə alıb. Hazırda Seymur Nəzərov Kifayət Rzayeva adlı qadını rayon təhsil şöbəsində müdir əvəzi saxlatmaqla, rayonun bütün təhsil sisteminə də nəzarəti əlində saxlayır və hər ay bütün məktəb direktorlarından aylıq hesabını yığır. Və təbii ki, icra başçısının da xüsusi hesabını - payını verir. S.Nəzərov İcra Başçısının tapşırığı ilə goranboylu iş adamı Xaliq Mustafayevdən, rayonda yeni inşasına başladığı "Medlife" Hospitalın tikintiyə icazəsinə görə 50 min dollar şirinlik də alıb ki, bu iddialar da rayonda gəzən söhbətlər arasındadır..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |