Əsas Səhifə > Ölkə, Manşet > "Hər idarənin vakansiyasını versinlər hərənin öz idarəsinə..."
"Hər idarənin vakansiyasını versinlər hərənin öz idarəsinə..."28-02-2024, 11:10 |
"Vakant elan olunur, ardınca portal bağlı olur, və əgər sonradan həmin vakant elan olunan vəzifəyə kimsə qəbul olunsa? Bəs onda bunun izahı necə olacaq cənablar?" dia-az.life xəbər verir ki, bunu yazan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı Rac Kərimov adlı vətəndaşın gileyini icttimailəşdirib. Narazı vətəndaşın gileyində bildirilir: "SOCAR-ın Insan Resurslari departamentinin Portali yenə də işləmir. Deyilənə gorə CİC deyilən bir innovasiya mərkəzi var bu məsələyə onlar cavabdehdir. Prezident Administrasiyasına şikayət etdim, amma departament cavab yazdı ki, guya mənim girişə cəhd etdiyim vaxt altı-bazara duşub. Bunların şikayətini kimə edək? Bunlar niyə işçiləri bu qədər incidir, problem yaşadirlar? Bu boyda SOCAR-da bir dənə mutəxəssis tapilmadi ki, bu problemi aradan qaldırsın? Portali işlədə bilmirlər... ləğv etsinlər birdəfəlik və hər idarənin vakansiyasını versinlər hərənin öz idarəsinə. 85 ədəd telefon dəyişdim, 85 dəfə brauzer yuklədim amma yenə də normal daxil olmaq imkanim olmadi. Bu necə xidmət növüdür, bu necə kadr siyasətidir? Bu necə innovasiyadir? Dekabr ayindan bu məsələ hələ də həllini tapmaq bilmir. Sonra da deyirlər filankəs niyə şikayət edir!? Budur da, sizin peşəkarliğiniz budur! Elementar bir sual verirəm: SOCAR-da işləyən işçi 3 aydir ki ona uygun olan vakansiyanin çixmasını gözləyirdi və budur həmin vakansiya elan edilib, amma işçi həmin vakansiyaya qeydiyyatdan keçə bilmir... Çünki həmin bu portala daxil ola bilmir! Bu nə deməkdir? Vakansiyanin da qeydiyyat muddəti 2-3 gun olur! Bu portalin fəalliyəti uçun yəqin ki, kulli miqdarda pullar ayrilir, yaxşi bəs portal normal işləmirsə bu qədər pullar niyə yeyilir? Hani bəs bizim hörmətli iqtisadçılar? Niyə bu maliyyə itkisinə göz yumurlar? İşləmir də portal, yalan yerə niyə pul odəyirsən onlara?" dia-az.life bildirir ki, daha sonra müraciət müəllifi qaldırdığı problemi ironik şəkildə də ifadə edib: "Sizə deyirəm ki, o qədər "Play market"dən brauzerlər yuklədim ki, axirda "Play market"dən mənə məktub yazdilar ki, "sən nə istəyirsən bizdən", yazdilar ki sənin dərdin nədir, nə axtarirsan bizə yaz biz sənə komək edək?!" Amma bunlara izah edə bilmirəm ki, bizdə belə bir problem var və heç kimin də vecinə DEYİL! Bunlar qəsdən bu problemi yaradırlar ki, işçi cənab ali baş komandana şikayət eləsin və onu bu kimi problemlərlə narahat etsin. Baxın, görün vəziyyət nə qədər acınacaqlıdır ki, işçi portalın nasaz işləməsinə görə ölkə başçısına şikayət edir. Həqiqətən bu faciədir. Dəhşətdir..." Geri qayıt |