Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir?
Heydər Əsədov Qərib Məmmədovun komitəsini ələ keçirir?7-04-2014, 10:53 |
![]() DİA.AZ: - Hakimiyyət daxilində yeniliklər gözlənilir. Bildirələnə görə, nəzərdə tutulan yeniliklər çərçivəsində bir sıra struktur islahatlarının həyata keçirilməsi planlaşdırılır. Nazirlər Kabinetindəki bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, islahatların hədəfində bir neçə dövlət qurumu var: «Artıq bir sıra yeniliklərin qərarı verilib. Sadəcə bu prosesin start düyməsinin basılması zamanı dəqiq deyil. Amma ortada niyyyət və tədarük var». ![]() Gələn məlumata görə, uzun müddətdir adı mətbuatda mənfiyə hallandırılan Diasporalarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun gözlənilən kampaniyanın qurbanları arasındadır: ![]() «Nazim İbrahimov görəvindən alınacaq, amma Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edilərək, kənd təsərrüfatı nazirliyinə birləşdiriləcək. Bunu da Heydər Əsədovun qələbəsi kimi yozmaq olar». Geri qayıt |