"İSTƏNİLƏN KƏSƏ YAXINLAŞIB QUCAQLAYIB ÖPƏ BİLƏRƏM"
Tarix: 21-01-2012, 12:46 |
Çap et
MODELDƏN QEYRİ-ADİ AÇIQLAMA
Qeyd edək ki, Beynəlxalq Qucaqlaşma Günü ilk dəfə 1986-cı ildə Amerikada qəbul olunub. Bu günün adət-ənənəsinə görə, hər kəs istənilən adamı dost kimi qucaqlayıb bağrına basa bilər. Bir çox alimlərin fikrincə, qucaqlaşma ilə hətta insanı bəzi xəstəliklərdən sağaltmaq da olar. Bəs, görəsən, Azərbaycan şou-biznesinin tanınmış simaları kimi qucaqlamaq istərdilər və yaxud əksinə? Bu sualı Milli.Az-ın əməkdaşı Azərbaycanın gənc modeli Oksana Rizayevaya ünvanladı.
"Mənim heç bir kəslə nə problemim, nə də münaqişəm var. İstənilən kəsə yaxınlaşıb qucaqlayıb öpə bilərəm. Lakin kim isə mənimlə salamlaşmaq belə istəmirsə, artıq mən də o insana tərəf baxmaram. Necə deyərlər, məni sayanın quluyam.
Elə vaxt olur ki, mən özüm kiminsə xətrinə dəyirəm, təbii ki, bilmədən. Bax o zaman mən özüm o insana yaxınlaşıb, üzr istəyər və qucaqlayaram. Ümumiyyətlə, mən kinli insan deyiləm. Mənə edilən pisliyi tez unuduram. Qucaqlaşmaq günü münasibətilə məndə öz yaxınlarımı qucaqlayıb bağrıma basacam", - Oksana Rizayeva dedi.