OĞURLANAN BAŞ NAZİRDƏN İLGİNC AÇIQLAMA
Tarix: 11-10-2013, 10:14 |
Çap et
“Məni oğurlayanlar parlament daxilində olan bəzi qüvvələrdir, onların məqsədləri hökümət devirməkdir.”
SalamNews-un “FransPress”ə istinadla verdiyi xəbərə görə, bunu Liviyanın baş naziri Əli Zeydan girovdan azad olduqdan sonra “Frans 24”ə verdiyi müsahibədə bildirib. O, bu oğurlanma hadisəsində "əl-Qaidə"nin ölkədəki üzvlərinin əli olmadığını əksinə parlament daxilində olan bəzi anti-demokrat qüvvələrin olduğunu bəyan edib.
O, ölkədə bəzi siyasi-rəsmi qüvvələrin mövcud höküməti zor gücü ilə devirmək niyyətində olduğunu və onların demokratiyaya tab gətirə bilmədiyini söyləyib.
Liviya baş naziri siyasi qüvvələr barədə təfsilatlı məlumatlar verməyib və ölkənin parlament iclasında onların adlarını açıqlayacağını deyib.
Xatırladaq ki, Liviyanın baş naziri dünən sübh saatlarında sabiq qiyamçılar tərəfindən oğurlanıb və axşam saatlarında isə azad edilib. Bu hadisənin bir həftə əvvəl ABŞ kəşfiyyatı tərəfindən oğurlanmış Əbu Ənəs əl-Libi ilə bağlı olduğu bildirilir.