MOSKVADA QARIŞIQLIQ DAVAÇ EDİR: DAHA BİR BAZARDA DAVA
Tarix: 14-10-2013, 12:00 |
Çap et
Moskvada Siqnal keçidində tərəvəz bazasında kütləvi dava olub. Davada xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə RİA Novosti-yə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, oktyabrın 13-də Siqnal keçidində dava düşməsi ilə bağlı polisə xəbər daxil olub. Hadisə yerində olan polis əməkdaşları insidentin işə götürən şirkətlə Tacikistan vətəndaşları olan işçilər arasında əmək haqlarını almamalarına görə baş verdiyini müəyyən edib. Davada təxminən 15-20 nəfər iştirak edib.
Şirkət əməkdaşının sözlərinə görə, 6 nəfər xəstəxanaya yerləşdirilib. Polis göstərilən ünvanda 62 nəfəri saxlayıb. Hadisə ilə bağlı “xuliqanlıq” maddəsilə iş açılıb.