RUSİYADA «QARA MİLLƏTƏ» QARŞI DAHA BİR AKSİYA TƏDARÜKÜ
Tarix: 21-10-2013, 11:21 |
Çap et
DİA.AZ: - Son günlər Rusiyada «qara millətə» qarşı təzyiqlər daha da artıb. Bu arada Rusiyanın skinhedlərinin Moskva meriyasına yürüş üçün müraciət etmələri vəziyyətin daha da gərgin olacağından xəbər verir.
DİA.AZ-ın Rusiya KİV-lərinə istinadən verdiyi informasiyaya görə, artıq Rusiyanın ultrasağ təşkilatları Moskva meriyasına yürüş üçün müraciət ediblər.
Bildirək ki, hər il «Russkiy marş» adı altında Rusiyadakı qeyri-slavyanlara qarşı şüarların səsləndirildiyi yürüşlər təşkil olunur. İldə iki dəfə belə yürüşləri təşkil edən skinhedlər aksiya vaxtı qarşılarına çıxan qeyri-rusları da hədəfə alırlar.
Bu dəfə aksiyanın 4 noyabr tarixində keçiriləcəyi bildirilir. DİA.AZ vurğulayır ki, aksiyanın təşkilatçıları Orxan Zeynalovla bağlı hadisəyə də reaksiyalarını verəcəklər.