AVSTRALİYA ŞTATLARINDA FÖVQƏLADƏ VƏZİYYƏT
Tarix: 22-10-2013, 10:32 |
Çap et
Avstraliyanın Nyu-Saus Uels ştatında güclü külək bölgədə tüğyan edən yanğınlara təkan verib. Rəsmilərin proqnozlarına görə, külək yağışla müşayiət edilsə də, özü ilə şimşək də gətirə bilər ki, bu da yanğın təhlükəsini daha da artırır. Ştatda yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.
Ştatın paytaxtı Sidney şəhəri də yanğın təhlükəsi ilə üz-üzə qalıb. Alovla mübarizəyə cəlb olunan yanğınsöndürənlərin sayı 1500-dən 2000-ə çatdırılıb. Hazırda bölgədə 60-dan çox yanğın ocağı fəal olaraq qalır.
1 nəfərin ölümünə səbəb olan yanğın ötən həftədən bəri 200-dən çox evi məhv edib.