YAP-DAN AĞIR FRANSA DƏYƏRLƏNDİRMƏSİ
Tarix: 24-01-2012, 12:40 | Çap et
“BU ÖLKƏ DANIŞIQLARDAKI VMİSSİYASINA XƏYANƏT ETDİ”
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi
- Fransa Senatı qondarma «erməni soyqırımı»nı kriminallaşdırmaq haqqında qanun layihəsinə səs verdi. Buna münasibətiniz necədir?
- Belə bir cəfəng və məsuliyyətsiz qərarın qəbul olunmasına səs verənlərdən və ermənilərdən savayı dünyada kiminsə ona müsbət baxdığına inanmıram. Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. Sözügedən qanun təkcə Türkiyəyə qarşı deyil, onun hədəfində bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir. İnsanı nəyəsə inandığına və ya inanmadığına görə ittiham etmək gülüncdür. Belə bir yanaşmanın Fransada sərgilənməsi ikiqat gülüncdür. Bu yollarla kimisə inamından döndərmək mümkün deyil. Vaxt var idi ki, insanları Allaha inanmadığına görə edam edirdilər. Bolşeviklər isə Allaha inananlara cəza verirdilər. Lakin nə inkvizisiya məhkəmələri Allaha inananların, nə də bolşevik təqibləri ateistlərin sayını artırdı. Müasir insanlar belə şeyləri qəbul etmirlər. Görünür, Fransa başqalarına təlqin etmək istədiyini Avropa dəyərlərini siyasi konyukturaya qurban verdiyinin, bununla da həmin dəyərlərə böyük zərbə vurduğunun o qədər də fərqində deyil. Birmənalı şəkildə deyə bilərəm ki, bundan sonra demokratik dəyərlərin təbliğatçısı kimi Fransanın səmimiliyinə inam ciddi şəkildə azalacaq.
- Azərbaycanın reaksiyası necə olmalıdır?
- Türkiyəyə qarşı olan hər bir addım ya birbaşa, ya da dolayısı yolla Azərbaycana da qarşıdır. Qondarma “erməni soyqırımı” ilə əlaqədar Fransada qəbul olunan qanun isə birbaşa Azərbaycanın maraqlarına toxunur. Belə bir cəfəng və hüquqi əsası olmayan qanunun ortaya çıxması Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsi deməkdir. Ümumiyyətlə, son vaxtlar Fransa liderləri Ermənistanın lobbistləri kimi hərəkət edirlər. Fransa prezidenti Sarkozinin bir neçə ay əvvəl Cənubi Qafqaz dövlətlərinə səfəri zamanı Ermənistanı Fransanın bacısı adlandırması, ardınca isə təşəbbüskarı olduğu cəfəng qanunun Avropa İttifaqı tərəfindən qəbul olunmasını tövsiyə etməsi deyilənlərə əyani sübutdur. Unutmaq lazım deyil ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmağa borcludur. Ancaq bunu edə bilmir və ya istəmir. Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir. Mövlananın yaxşı bir sözü var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Təəssüf ki, çox mühüm vasitəçilik missiyasını üzərinə götürən Fransa nə olduğu kimi görünə, nə də göründüyü kimi ola bilir. Belə olan halda ən ləyaqətli yol o olardı ki, Fransa üzüsulu vasitəçilik missiyasından əl çəkəydi, çünki bu missiyanı yerinə yetirmək üçün mənəvi haqqını itirib. Azərbaycanda Minsk qrupuna inam demək olar ki, qalmayıb. Fransanın məlum hərəkətləri bu qrupa onsuz da tükənən etimadı bütövlükdə heçə endirdi. Azərbaycan vətəndaşları ermənipərəstliyini açıq şəkildə nümayiş etdirən həmsədrdən nə gözləyə bilər?! Hesab edirəm ki, Azərbaycan və Türkiyə qardaşlığı bizim böyük sərvətimizdir və mütləq qorunmalıdır. Bu qardaşlıq bir çox sınaqlardan uğurla çıxıb. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini pozmağa çalışanlar az deyil. Belə səylər hər iki dövlətə qarşıdır. Biz birlikdə daha güclü və əzəmətli oluruq. Yenə də Azərbaycan və Türkiyə birlikdə olmalıdır. Azərbaycan həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti vasitəsi ilə Fransaya “erməni soyqırımı”nı kriminallaşdırmaq səyləri ilə əlaqədar etirazını dəfələrlə bildirib. Təbii ki, yaranmış vəziyyət Azərbaycan cəmiyyətinin Fransaya münasibətində əhəmiyyətli soyuqluğa və etimadsızlığa səbəb olacaq. Fransanın Minsk qrupundakı fəaliyyətinə gəldikdə, burada indiyədək mövcud olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq.
- Doğrudanmı Fransada erməni sevgisi bu qədər güclüdür?
- Mən düşünmürəm ki, Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkar edilməsini kriminallaşdırmaq səyləri müstəsna olaraq erməni sevgisindən qaynaqlanır. Geopolitik amilləri də diqqətdən qaçırmaq olmaz. Türkiyə sürətlə inkişaf edir, artıq ciddi regional qüvvəyə çevrilib. Orta Şərqdə və Afrikanın Şimalında Türkiyənin nüfuz və rolunun artması göz önündədir. Həmin regionun bir çox ölkələri üçün Türkiyə demokratiya və iqtisadi model baxımından nümunə rolunu oynayır. Fransa isə bu rolunu itirməkdədir. Liviyada böyük qanlar bahasına həyata keçirilən layihə demək olar ki, iflasa uğrayıb və s. Digər tərəfdən, Azərbaycan da sürətlə inkişaf edir, regionda rolu durmadan artır. Bu mənada hədəfə alınan təkcə Türkiyə deyil, həm də Azərbaycanın maraqlarıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
|