MOSKVADA AZƏRBAYCANLILARA QARŞI DAHA BİR TƏXRİBAT
Tarix: 28-10-2013, 10:10 |
Çap et
Moskvanın hüquq-mühafizə orqanları əsasən azərbaycanlıların çalışdığı "Sadovod" bazarında axtarış aparıblar. Anonim şəxs mobil telefon proqramındakı şərhində yazıb ki, bazarda bomba var. Məlumat əsasında polislər axtarış aparıblar, lakin heç nə tapılmayıb.
Məlumat polisə ötən gün günorta saatlarında daxil olub.
"Bazar və bazarın ətrafında xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarış aparılıb. Partlayıcı maddə tapılmayıb", - hüquq-mühafizə orqanlarından bildiriblər.