AMERİKALI EKSPERTİN QAZ ŞÜBHƏSİ
Tarix: 25-01-2012, 12:49 |
Çap et
"QAZPROM"LA ARDNŞ ARASINDAKI ƏQD REALLIĞI EHTİVA ETMİR
"Qazprom eksport" ("Qazprom"un törəməsi) Azərbaycan Dövlət Neft Şirkəti ilə qaz alışını 3 mlrd m3-ə artırmaq barədə saziş imzalayıb, - deyə "RBK daily" yazır.
Kommersiya cəhətdən bu sazişin mənası yoxdur, deyə East European Gas Analysis direktoru Mixail Korçemkin əmindir. "Qazprom"un ixrac portfeli məhduddur və 3 mlrd m3 Azərbaycan qazının alışı o deməkdir ki, Rusiyada hasil edilən qazın ixracı bir o qədər azalacaq. İnhisarın mənfəəti $400 mln azalacaq, dövlət isə bir o qədər az gömrük rüsumu alacaq. "Bu saziş öz iqtisadi maraqlarının xeyrinə Avropa İttifaqına pislik etməkdir. Aydındır ki, o, Moskva ilə Brüssel arasında qaz münasibətlərini yalnız mürəkkəbləşdirəcək", - deyə ekspert hesab edir.
Qeyd edək ki, Mixail Korçemkin 1950-ci ildə anadan olub. Qaz kəmərlərinin layihələndirilməsi üzrə mütəxəssisdir. 1990-cı ildən ABŞ-da yaşayır.