QADIN HƏBSXANASINDA QİYAM BAŞ QALDIRIB
Tarix: 29-10-2013, 10:20 |
Çap et
MƏHBUSLAR SAXLANMA ŞƏRAİTİNDƏN ŞİKAYƏTÇİDİRLƏRTürkiyənin Muş əyalətində yerləşən qadın həbsxanalarından birində qiyam baş verib. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, qiyama səbəb məhbusların saxlanma şəraitinin pisləşməsi olub. Məlumatda, o cümlədən bildirilir ki, məhbuslar etiraz əlaməti olaraq kameralardan birində yanğın törədiblər. Nəticədə yeddi nəfər xəsarət alıb.
Telekanal xəbər verir ki, bütün zərərçəkənlər şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.