![ANS-DƏ “YARPAQ TÖKÜMÜ” DAVAM EDİR ANS-DƏ “YARPAQ TÖKÜMÜ” DAVAM EDİR](/uploads/posts/2011-09/1317279534_ans.jpg)
TELEKANALI DAHA BİR APARICI TƏRK ETDİ
ANS telekanalında “yarpaq tökümü” davam edir. Modern.az saytının əldə etdiyi məlumata görə, bu günlərdə telekanalın daha bir aparıcı əməkdaşı işdən çıxıb. Bu, ANS-in iqtisadiyyat xəbərləri üzrə müxbiri Neyman Səfərəliyevdir.
Məlumatı ANS-in əməkdaşları da təsdiqlədilər. N.Səfərəliyevin özü ilə isə danışmaq cəhdimiz alınmadı. Xəbərə görə, onun işdən getməsi əməkhaqqı məsələsilə bağlıdır.
Jurnalistin dostları saytımıza bildirdilər ki, N.Səfərəliyev hazırda işsizdir.
N.Səfərəliyev 6 ildən çoxdur ANS-də çalışırdı. Telekanalda işləməzdən öncə o, “Ekspress” və “İki sahil” qəzetlərində iqtisadi mövzularda yazıb.