AZƏRBAYCANIN “NABUCCO” QƏRARI NƏ ZAMAN AÇIQLANIR?
Tarix: 27-01-2012, 13:57 |
Çap et
ARTIQ KONKRET TARİX VAR
Nabucco qaz kəməri layihəsinin iştirakçıları onun dəyərini 2012-ci ilə qədər hesablaya bilər, ancaq bundan əvvəl onlar Azərbaycanın tədarük üçün qaz ehtiyatlarının verməsini gözləməlidir. Bunu Reuters-ə açıqlamasında layihənin rəhbər komitəsinin sədri Venger Auli deyib. Onun sözlərinə görə, Azərbaycan Avropaya qaz nəqli marşrutlarının seçimi barədə qərarı 2012-ci ilin birinci yarısında verəcək.
O bildirib ki, bir qədər əvvəl Azərbaycan 2011-ci ilin sonunda "Şahdəniz" yatağından əsas qaz ehtiyatlarının ixrac marşrutunu müəyyən etməyi planlaşdırırdı, onlardan biri Nabucco ola bilər.
"Tədarük barədə qərar qəbul ediləndən sonra Nabucco-nun yekun dəyərini hesablamaq mümkün olacaq, - deyə Auli bildirib və əlavə edib ki, konsorsium iştirakçıları digər oxşar layihələrlə birləşməyi müzakirə etməyə hazırdı".
Azərbaycanın "Şahdəniz" yatağından "Mərhələ-2" layihəsi çərçivəsindəki qaza görə Avropaya qaz nəqlini nəzərdə tutan üç əsas qaz kəməri - Nabucco, TAP və ITGI rəqabət aparır, həmçinin Cənub-Şərqi Avropa ölkələri arasında maqistral kəmərlərin birləşdirilməsini təklif edən BP variantı var.