İKİ MƏMUR "RAZBORKA"SININ SİRRİ ÇÖZÜLDÜ
Tarix: 6-12-2013, 16:45 |
Çap et
DİA.AZ: - Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla təhsil Şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan münaqışənin əsil səbəbi məlum olub. DİA.AZ bildirir ki, bu haqda infom.az Sabirabaddakı yerli mənbələrə istinadən məlumat verib.
Dediklərinə görə maliyə idarəsi ilə təhsil şöbəsinin müdiri arsında yaranan qalmaqalın əsil səbəbi əslində tam başqa mətləblərdən xəbər verir- ortada pul davası gedir.
Məlumat verən mənbə iddia edir ki, bu ilin may ayında mailyyə şöbəsinin müdürü Hüseyinağa Gülüşov Təhsil şöbəsinin müdürü Elman Bünyadova yaxın olan “Memar Əcəmi” MMC-yə 300 min manatdan yuxarı pul ödəyib ki, guya adıçəkilən təşkilat rayon ərazisindəki məktəblərdə təmiri həyata keçirəcək.
Təhsil şöbəsi müdiri əmin edib ki, bu pul köçürməsindən maliyyə müdirinə ümumi məbləğin 30 faizi çatacaq.
Köçürmə əməliyyatı baş tutsa da, deyilənə görə, bu günə kimi vəd olunan pul maliyyə şöbəsinin müdirinə çatmayıb. O da əvəzində müəllimlərin aylıq əmək haqlarını gecikdirməklə Sabirabad təhsil işçilərini Elman Bünyadova qarşı qaldırmaq istəyir və bununla da məqsədinə nail olmaq, rəqibini tutduğu vəzifədən uzaqlaşdırmaq fikrindədir.