İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                 

AYDIN ƏLİYEVİN İDARƏSİ TAMAMƏN KORRUPSİYALAŞIB
Tarix: 8-02-2012, 12:44 | Çap et
AYDIN ƏLİYEVİN İDARƏSİ TAMAMƏN KORRUPSİYALAŞIB

SUMQAYIT GÖMRÜYÜNDƏ DƏ DURUM BƏRBADDIR

Sahibkar Ədalət Abbasovun AzadlıqRadiosuna dediyinə görə, ötən 18 gün ərzində o, Sumqayıt Baş Gömrük İdarəsi ilə Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət edib. Yükün buraxılmaması səbəblərinə aydınlıq gətirilməsini istəyib.

«5 GÜN BİZİ LƏNGİTDİLƏR Kİ, RƏİS YOXDUR, SONRA DA...»

«Yanvarın 25-ə kimi bizi ləngitdilər. Yük şöbəsinin müdiri Aslan Sərxanov bizə dedi ki, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov işə gəlmədiyi üçün, ərizənizin üstü yazılmadığından sizin yükünüzü hələlik sərbəst dövriyyəyə buraxa bilmirik».

Ədalət Abbasovun sözlərinə görə, daha sonra ona deyilib ki, gətirdiyi yükün qiyməti çox aşağı olduğundan məsələ araşdırılacaq. Hazırda Sumqayıt Baş Gömrük İdarəsinin Qaçaqmalçılığa Qarşı Mübarizə şöbəsində yüklə bağlı araşdırma aparılır:

«Bu günə kimi nə araşdırırlar, nə edirlər, bizim məlumatımız yoxdur. Bir neçə dəfə müraciət etdim, dedilər ki, araşdırma ilə bağlı məhkəmə ekspertizasına müraciətimiz olacaq. Bu gün fevralın 7-sidir, amma heç bir yerə müraciət olunmayıb, mal da buraxılmayıb».

SUMQAYIT BAŞ GÖMRÜK İDARƏSİNDƏN VERİLƏN VƏ VERİLMƏYƏN CAVABLAR

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov suallarımızı dinləsə də bu barədə heç bir söz demədən telefonu qapadı. İdarənin yük şöbəsinin müdiri Aslan Sərxanov isə bu məsələdən xəbərsiz olduğunu deyir:

- Mən respublikada deyiləm. Sahibkarlar çox şey deyə bilərlər.
- Aslan müəllim, deyə bilərsinizmi ki, problem nədir?
- Mən bilmirəm, işin içində deyiləm...

Biz 11 gün əvvəl, yanvarın 27-də bu məsələ ilə bağlı ilk araşdırmamızı aparanda Aslan Sərxanov məzuniyyətdə olduğunu bildirmişdi. İdarənin rəisi isə elə indiki kimi sualımızı dinlədikdən sonra telefonu qapamışdı.

Sahibkar isə iddia edir ki, yük şöbəsinin rəisi Aslan Sərxanov bu məsələdən xəbərdardır və onlar bir neçə dəfə onunla görüşüb bu məsələni müzakirə ediblər. Bundan başqa bir dəfə də Dövlət Gömrük Komitəsində olub problemi komitə rəsmilərinin diqqətinə çatdırıblar.

GÖZLƏMƏKDƏN BEZƏN SÜRÜCÜLƏR MAŞINLARI QOYUB TÜRKİYƏYƏ DÖNÜBLƏR

Yanvarın 27-də biz yük sahibi ilə birgə Lökbatan dairəsində türkiyəli sürücülərlə görüşəndə onlar soyuqdan, şəraitsizlikdən, pulsuzluqdan əziyyət çəkdiklərini demişdilər. Üstəlik Azərbaycanda üzləşdikləri korrupsiya hallarından da gileylənmişdilər. (Bu barədə yaxın günlərdə ayrıca videoreportajımız da olacaq).

Fevralın 7-də Lökbatan dairəsinə bir də yollandıq. Yük dolu maşınlar orada qalsa da, sürücülər yox idilər.

Ədalət Abbasov deyir ki, Türkiyəli sürücülərin geri dönməsi və araşdırma başa çatana qədər yükün müvəqqəti saxlanca boşaldılması ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə etdikləri müraciətə də bu günə qədər cavab verilməyib. Lökbatan dairəsində gözləyən sürücülər isə bir-neçə gün əvvəl yük dolu maşınları elə açıq ərazidə saxlayaraq Türkiyəyə dönüblər. Sahibkar deyir ki, yükün buraxılmaması, sürücülərin belə uzun müddətli Azərbaycanda qalması onlar üçün böyük xərcdir:

«Amma nə edək, başqa əlac yoxdur. Hələ ki gözləyirik. Yük dolu maşınlar Lökbatanda qarın altında qalıb, sürücülər də çıxıb getdilər. İndi gözləyirik. Bir də üzləşdiyimiz problemlə bağlı prezidentə müraciət hazırlayırıq».

MƏSƏLƏNİN «MUSTAFASI»

Ədalət Abbasovun dediyinə görə, əslində yüklə bağlı hər hansı problem yoxdur, sadəcə onlara deyilən məbləği ödəməkdən imtina etdikləri üçün belə bir vəziyyətlə üzləşiblər.

«Açığı deyim ki, Sumqayıt Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin rəis müavini Əhməd Hüseynov bizə dedi ki, yükün dəyərindən asılı olmayaraq hər maşına 15 min 600 manat pul köçürməlisiniz».

Sahibkar deyir ki, gətirdikləri yükün hər maşını üçün dövlət rüsumu 7200 manatdır.

Sumqayıt Baş Gömrük İdarəsinin Maliyyə Şöbəsinin rəis müavini Əhməd Hüseynovu gün ərzində yerində tapa bilmədik.

Malın ucuz olması ilə bağlı gömrüyün iradlarına gəlincə, Ədalət Abbasov deyir ki, onlar malı Türkiyədən ucuz qiymətə aldıqları üçün həmin mal Azərbaycana da ucuz gəlib çıxıb.

Sahibkar iddia edir ki, gömrükdə həmin malı daha baha qiymətə sənədləşdirmək istəyirlər ki, həmin qiymətə uyğun rüsum alsınlar.

BU RƏQİBİ SIXIŞDIRMAQ ÜÇÜN DƏ OLA BİLƏR

İqtisadçı Qubad İbadoğluna görə, ola bilər ki, hansısa sahibkar vergidən yayınmaq üçün xaricdən gətirdiyi malın qiymətini sövdələşmə nəticəsində aşağı qiymətlərlə sənədləşdirir.

«Və yaxud da kimsə öz rəqibini bazara buraxmaq istəmir, bundan bir vasitə kimi istifadə edir. Ola bilər ki, elə gətirilən malın invoys dəyəri real bazar dəyərinə uyğundur, amma gömrük məmuru öz səlahiyyətlərindən istifadə edib hesab edir ki, malın qiyməti aşağı göstərilib və bu malın gömrük rəsmiləşdirilməsinə imkan vermir».

İqtisadçı hesab edir ki, belə halların qarşısını almaq üçün ayrı-ayrı mallar üzrə tariflər olmalıdır ki, buna uyğun da malın gömrük dəyəri hesablansın. O hesab edir ki, bununla həm şəffaflığa əməl olunar, həm də sahibkarlar problemlə üz-üzə qalmazlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru