ATƏT BELORUSİYA HAKİMİYYƏTİNİ HƏDƏFƏ ALIB
Tarix: 9-02-2012, 11:56 |
Çap et
QURUMUN NÜMAYƏNDƏLƏRİ MİNSKƏ QAYIDA BİLMİRLƏR
Məlumata görə, ATƏT-in rəhbəri Eymon Gilmor Belorusiya hökumətindən təşkilatın nümayəndələrini yenidən Minskə qaytarılmasına çağırıb.
Onun sözlərinə görə, Belorusiyada sistematik olaraq insan hüquqlarının və sərbəst toplaşmaq azadlığının pozulması halları baş verir.
Xatırladaq ki, Belorusiya hökuməti ATƏT-in Minkskdəki nümayəndəliyini bağlamışdılar. Səbəbi isə təşkilatın 2010-cu il seçkilərində baş verən qanun pozuntuları barədə məlumat yaymaları olmuşdu.