"MƏNƏ EVLİLİK TƏKLİFİ EDƏNLƏR ÇOX OLUB"...
Tarix: 19-12-2013, 09:17 | Çap et
Teleaparıcı Günel Musəvinin Milli.Az-a müsahibəsi.
- Uşaqlıq illəriniz necə keçib?
- Mən Bakıda dünyaya göz açmışam. Uşaqlığım indiki Nizami küçəsində (Torqovaya) keçib. Bir az oğlansayağı böyümüşəm. Rəfiqələrim gəlinciklərlə oynayanda mən oğlanlarla boks oynayırdım (gülür). Amma təbii ki, bir çərçivə daxilində. Çünki qardaşlarımdan çox çəkinirdim. Hansısa bir hərəkətimin onların xoşuna gəlməyəcəyindən ehtiyat edirdim.
- Qardaşlarınız demişkən, ailədə neçə uşaqsınız?
- Evin tək qızıyam. Məndən başqa iki böyük və bir kiçik qardaşım var.
- Bu sahəyə sizdə maraq necə yarandı?
- Mən ziyalı ailəsində böyümüşəm. Anam fransız dili müəllimi, atam isə mühəndisdir. Babamın biri yazıçı, digəri, indiki dillə desək, biznesmen olub. İkisi də yüksək vəzifələrdə işləyib. Sonra bir babam Bakıda rəhmətə gedib. Digəri isə İsveçrəyə köçüb və orada dünyasını dəyişib.
- Orta məktəbi bitirdikdən sonra nə etmək qərarına gəldiniz?
- Təfəkkür Universitetinin ingilis dili fakültəsinə daxil oldum. İkinci kursdan etibarən universitetin ŞHK (“KVN”) komandasına qoşuldum. Elə o vaxtdan da incəsənətə meylim artmağa başladı. Oranı bitirdikdən sonra qardaşımın köməyi ilə radioda işə düzəldim. Böyük qardaşım Tibb Universitetində stomatologiya fakültəsində oxuyurdu və bir çox tələbələr kimi o da işləyirdi. O zamanlar radioların birində DJ kimi fəaliyyət göstərirdi. Mən də səhər verilişlərindən birini aparırdım. Bir müddət orada işlədikdən sonra dəyişiklik etmək qərarına gəldim. Bu minvalla, yaxın dostum, rejissor, aktyor İlham Qasımovla əlaqə saxlayıb televiziya kanallarından birində işləmək istədiyimi bildirdim. O isə mənə dedi ki, televiziya sənlik deyil. Onun bu sozündən sonra çox pis olmuşdum. İndiyə qədər hələ də onun niyə elə dediyini anlaya bilməmişəm (gülür).
Daha sonra başqa bir dostumla əlaqə saxladım. O, artıq yeni yaradılan “ABA” telekanalında işə düzəlmişdi. Mənə dedi ki, səni rəhbərliklə tanış edərəm, alınsa, işləyərsən. Getdim və sözügedən telekanalın direktoru Əli müəllimlə görüşdüm, danışdım. Məndən pavilyonda dayanıb ürəyim istəyən mövzuda bir-iki kəlmə danışmağımı istədi. Mən danışıb qurtarandan sonra mənə dedi ki, gözlə, sənə bir saata cavab deyəcəyik. Bir saatın tamamında işə qəbul olunmaq xəbərimi eşitdim. Bu mənim üçün gözlənilməz oldu.
Beləliklə, həmin kanalda fəaliyyətə başladım və hər şənbə axşam saatlarında “Top-10” adlı verilişlə tamaşaçıların qarşısına çıxdım. Onu da deyim ki, o vaxt Azərbaycanda ilk dəfə yerli estradanın “Top-10”unu biz yaratdıq. Bir müddət həmin verilişi apardıqdan sonra rəhbərlik tərəfindən mənə “100 %” verilişini aparmaq təklif olundu və dedilər ki, sən bu verilişdə çox sərbəst olmalısan. Razılaşdım. Bir müddət rola girərək həmin sərbəstliyi özümdə yaratmağı bacardım. Sonralar isə özüm olmağa qərar verdim, roldan çıxıb verilişi ozüm olduğum kimi aparırdım.
- “100 %” verilişi sizi çox məşhurlaşdırdı. Razısınız?
- Tamamilə razıyam. Təsəvvür edin ki, mən küçədə rahat hərəkət edə bilmirdim. Getdiyim yerdə bir də görürdüm ki, arxamda böyük bir kütlə var. Kimisi mənimlə şəkil çəkdirmək, kimisi də imza almaq istəyirdi.
- Bəs “ABA” bağlandıqdan sonra nə oldu?
- Sonra Lider televiziyasında “Tezdən oyan” verilişini apardım.
- Sonra?..
- Sonra “Space” telekanalında yayımlanan “Çərçivə” verilişinin aparıcısı oldum. Daha sonra Amerikaya getdim və orada yarım il qalıb qayıtdım.
- Niyə getmişdiniz, niyə qayıtdınız?
- Qardaşım orada yaşayırdı, onun yanına getmişdim. Amma qonaq getdiyim üçün yenidən anam, ailəm və işimə dönmək istədim. Ona görə də Bakıya qayıtdım.
- Bakıya qayıdandan sonra nə işlə məğul oldunuz?
- Bir müddət işləmək istəmədim, Amerikadan sonra işimə fasilə vermək istədim, lakin gördüm ki, işsizlik məni çox yorur. Yenidən Lider kanalı ilə əməkdaşılq etməyə başladım. Yenidən “100 faiz” verilişi ilə tamaşaçıların görüşünə gəldim. Onda artıq valideynlərim Amerikaya köçməkdən danışırdılar. Üstündən bir neçə il keçdi və onlar Amerikaya köçdülər. Mən isə Bakıda qalmaq istədim, çünki həyatımı dəyişmək istəmirdim. Alışmışdım hər şeyə - sevdiyim iş, dostlarım, doğma şəhər - onlardan vaz keçə bilmədim. Yarım il Bakıda tək qaldım. Amma hiss edirdim ki, ana və ailə olmadan qala bilmirən. Həm də həmin ərəfələrdə mən verilişimdə yeniliklər etmək istədim, amma televiziya rəhbərləri imkan yaratmadılar, dedilər get, sponsor axtar. Mən də: "Mən aparıcıyam, reklam agenti deyiləm", - dedim və işdən çıxdım. Bir sözlə, mənə istədiyim şəraiti yaratmırdılar. Ona görə də televiziya məkanı ilə birdəfəlik vidalaşıb valideynlərimin yanına getməyi qərarlaşdırdım.
- Amerikaya gedəcəyiniz günün axşamı çamadanlarınızı yığa-yığa nə fikirləşirdiniz?
- O bir anlıq olan hiss deyil. Əslində sevinirdim ki, valideynlərimin yanına gedirəm. Çünki mən valideynlərimdən ayrı qala bilmirəm. Bir tərəfdən də uşaqlıqdan küçələrinə ayaq qoyduğum Bakı ilə vidalaşdığım üçün üzülürdüm.
- Gedəndən sonra Bakıya tez-tez gəlirdiniz?
- Bir dəfə çox qısa bir müddətlik gəlib qohumlarımı görüb geri döndüm.
- Bəs bu şəhərdən birdəfəlik haçan getdiniz?
- 2011-ci ildə. O gündən bu günə Bakıya gəlməmişəm.
- Orada hansı işlə məşğul oldunuz?
- Uşaq psixologiyası üzrə təhsil aldım və uşaqlarla çalışmağa başladım. Bu sahə mənim üçün çox maraqlı olsa da, amma bir müddət sonra işdən ayrıldım (gülür).
- İndi bekarsınız?
- Xeyr, mən dünya azərbaycanlı qadınlarını birləşdirən, yəni hər bir azərbaycanlının adından “online” jurnal yaratdım.
- Azərbaycana qayıtmaq fikriniz var?
- İnanmıram, bir də çətin ki, birdəfəlik Bakının sakini olaram.
- Nəyə “susamısınız”?
- Söhbət susamaqdan getmir. Bu böyüq psixoloji zədədir. İnsan nə qədər həyatını, mühitini, yaşadığı ölkəni, alışdığı cəmiyyəti dəyişər ki? Hər dəfə ölkə dəyişəndə insanın içi də dəyişir. Mən həyatımla oyun oynamıram. Bura köçməzdən öncə ətraflı düşündüm və qərarımı verdim. Artıq mənim yaşayış ölkəm Amerikadır və mən buradan bir yana köçən deyiləm. Lakin etiraf edim ki, Azərbaycan mənim valideynimdir. Hara getsəm də, Azərbaycana olan sevgi əbədi olaraq ürəyimdə yaşayacaq. Bir də veriliş aparmaq üçün və Corat qutabı üçün çox darıxıram arada. Yaxşı yadımdadır, sonuncu dəfə Bakıdan çıxmağıma beş-altı saat qalmış Novxanıda Corat qutabı yedim və sonra şəhəri tərk etdim...
- Yenidən aparıcı kimi fəaliyyət göstərmək fikriniz var?
- Çox vaxt mənə deyirlər ki, niyə Amerika kanallarında işləmirsən? Məlumat üçün deyim ki, burada televiziya məkanı bizdəkindən tamam fərqlidir. İş prinsipləri də, televiziyaya düşmək də asan deyil. Amma yenə də, inşallah, bir neçə layihəni həyata keçirmək planım var.
- Haradan haraya gəldiniz?
- Mən həyatımdan çox razıyam. Şükr etməyi bacaran bir insanam. Dünyanın harasında olsam da, qəlbim vətənim ilə döyünür, "Azərbaycan" sözünü eşidəndə gözlərim yaşarır. Doğma şəhərim Bakı üçün darıxıram, burnumun ucu “göynəyir”.
- Təbiətcə necə birisiniz?
- Səmimiyəm, sözü üzə deyənəm. Yalanı, hiyləni sevmirəm və başqalarında da bu xüsusiyyətləri görəndə içimdə onların üzlərindən o maskanı qoparmaq üsyanı əmələ gəlir. Hörmət edib qarşılığında hörmət gözləyənəm. Tanımadığım insanların mənə “Sən” deməsindən xoşlanmıram. Çox güman ki, tərbiyədən irəli gəlir. Uşaqlıqdan anam mənə yad və yaşça böyük insanlara yalnız “siz” deyə müraciət etməyi öyrədib. Çox nikbinəm və həyatdan zövq almağı sevirəm. Həyatı anında qucaqlayıb hər saniyəsini doya-doya yaşayıram. Sabaha sağ çıxmağıma zəmanət olmadığı üçün sabahkı günlə yaşayanlardan deyiləm, mənim həyatım bu günümdür! Paxıl insanlardan zəhləm gedir, özümdə də paxıllığın baş qaldırmağına imkan vermirəm. Əslində isə mülayim biriyəm. Kin-küdurət saxlayan deyiləm. Bir də çox prinsipialam. Qarşıma qoyduğum məqsədə çatana qədər mübarizə aparıram. Yəni ki, dediyimi edənəm (gülür).
- Ailə qurmamısınız?
- Xeyr, qurmamışam.
- Elçilərinizin sayı kifayət qədər olar...
- Elədir. Mənə Azərbaycanda da, Amerikada da evlilik təklif edən insanlar çox olub. Lakin istədiyim insan qarşıma çıxmayıb. Daha doğrusu, çıxıb, lakin nəticəsiz qaldı.
- Deməli, sevmisiniz...
- Bəli, sevmişəm, həm də sevilmişəm. Amma alınmadı.
- Səbəb nə idi?
- Qismət…
- İndi ürəyinizdə kimsə var?
- Xeyr, tamamilə boşdur (gülür).
- Xarici vətəndaşla ailə qurarsınız?
- Əvvəllər deyirdim ki, yalnız azərbaycanlı ilə ailə quraram. İndi isə bu fikrimdən daşınmışam. Fərqi yoxdur, milliyyətindən asılı olmayaraq, ürəyimə yatan insanla məmnuniyyətlə ailə qurmağa hazıram. Xoşbəxtlik milli mənsubiyyətlə, irqlə ölçülmür.
- "100 %..." Bu fikri necə tamamlayardınız?
- 100 % hər şey insanın öz əlindədir. Təbii ki, Allahın iradəsi çərçivəsində. Sən özünü necə göstərirsənsə, həyat da özünü sənə elə göstərəcək. Sən həyatı “sığallasan”, həyat da səni “sığallayacaq”. Həmişə gülmək və pozitiv olmaq lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
|