AZƏRBAYCANIN SƏHMDAR KAPİTALI ARTIR
Tarix: 11-02-2012, 13:24 |
Çap et
MƏBLƏĞƏ 6 MİLYON MANAT ƏLAVƏ OLUNUR
Azərbaycan beynəlxalq maliyyə təşkilatlarında səhmdar kapitalını 6 mln. manat həcmində artıracaq
2012-ci ildə Azərbaycan hökuməti 8 beynəlxalq və regional maliyyə təşkilatında səhmdar kapitalını artırmaq fikrindədir. Bu məqsədlə nazirlər kabineti 6 fevral tarixli və iqtisadi inkişaf və maliyyə nazirlikləri ilə razılaşdırılmış qərarı ilə 6 mln. manat ayırıb.
Nazirlər kabinetində Turan-a bildiriblər ki, həmin vəsaitin 2,5 mln. manatı İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankındakı (ECOBANK), 1,7 mln. manatı Qara dəniz Ticarət və İnkişaf Bankındakı (BSTDB) və 1, 150 mln. manatı Asiya İnkişaf Bankındakı (ADB) Azərbaycan kapitalının artırılmasına yönəldiləcək.