“SƏRHƏDSİZ REPORTYORLAR”ın RƏHBƏRLİYİNDƏ DƏYİŞİKLİK
Tarix: 13-02-2012, 15:34 |
Çap et
JAN FRANSUA BAŞQA BİR QURUMA TRENSFER OLDU
Fevralın 14-də Jan Fransua Juyar “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatının baş katibi postunu tərk edəcək. O, digər beynəlxalq təşkilatın - “Greenpeace”in Fransa nümayəndəliyinə rəhbərlik edəcək.
“Turan”ın məlumatına görə, “Sərhədsiz reportyorlar”a rəhbərliyi müvəqqəti olaraq 41 yaşlı Olivye Basil həyata keçirəcək. O, bu vaxtadək təşkilatın Avropa İttifaqında (Brüssel) nümayəndəsi olub.
Jan Fransua Juyar “Sərhədsiz reportyorlar”da 14 il çalışıb. 2008-ci ildən quruma rəhbərlik edib.
“Sərhədsiz reportyorları”ın yeni baş katibini təşkilatın İdarə Heyəti müəyyənləşdirməlidir. İdarə Heyətinə Avropa ölkələri və ABŞ-ın 20-yə yaxın KİV-indən nümayəndələr, ictimai xadimlər daxildir.