YENİ İCTİMAİ BİRLİK TƏSİS OLUNUB
Tarix: 14-02-2012, 11:54 |
Çap et
BIR QRUP GƏNC “YENİ NƏFƏS” ADLI TƏŞKİLAT YARADIB
DİA.AZ-a daxil olan məlumata görə, bir qrup gənc tərəfindən yeni ictimai birlik yaradılıb. “Yeni Nəfəs” adlı ictimai birliyin ötən gün təsis konfransı keçirilib. Birlik Hüseyn Günəşli, Mehman Həsən, Nurulla Novruzlu, Seymur Bağırov və Könül Nuriyeva tərəfindən təsis olunub.
Təsis yığıncağında təşkilatın Nizamnaməsi müzakirə edilərək qəbul olunub. Hüquqi qeydiyyat üçün sənədlər hazırlanıb müvafiq dövlət orqanına verilməsi ilə bağlı təmsilçi təyin olunub. Bundan başqa toplantı zamanı birliyin sədri seçilib. Beləliklə, Hüseyn Günəşlinin sədrliyi ilə fəaliyyətə başlayacaq yeni təşkilat vətəndaş cəmiyyətinin inkişafını, demokratik dəyərlərin təbliğini özünün əsas məqsədi seçmişdir. İclasın sonunda təşkilatın fəaliyyət istiqmətləri və bu istiqmətlər üzrə görüləcək işlər də müzakirə olunub.