“EYNULLA FƏTULLAYEV DƏFTƏRİ BAĞLANDI”
Tarix: 16-02-2012, 14:47 |
Çap et
“BİRGƏ İŞİMİZİ HEÇ VAXT GÖRMƏYƏCƏKSİZ”
“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevlə onun vaxtilə dostluq münasibətlərində olduğu jurnalist Natiq Cavadlının yollarının ayrılması barədə bir müddət öncə xəbər vermişdik.
İndi media cameəsində belə bir xəbər yayılıb ki, Natiq Cavadlı yenidən Eynulla Fətullayevin yanına qayıdır və onlar hansıda proyektdə bir yerdə olacaqlar.
Amma Natiq Cavadlı Modern.az-a açıqlamasında bu xəbər təkzib edib. “Mənim onunla birgə işimizi heç vaxt görməyəcəksiz. Qısa olaraq onu deyə bilərəm ki, o dəftər birdəfəlik bağlandı”-deyə həmkarımız vurğulayıb.
Tanınmış jurnalist Natiq Cavadlı Eynulla Fətullayevin sədri olduğu “İnsan Haqları Uğrunda” İctimai Birliyində ictimaiyyətlə əlaqələr şöbəsinin məsul işçisi olub. E.Fətullayev həbsdə olduğu müddətdə onu ən çox müdafiə edən dostları arasında Natiq Cavadlı da olub.