“YAŞADIQLARIMI YENİDƏN YAŞAMAQ İSTƏMƏZDİM”
Tarix: 17-02-2012, 14:07 | Çap et
RAFİQ ƏLİYEVLƏ MARAQLI SÖHBƏT
Məlum olduğu kimi, fevralın 10-da Azərbaycanın dünya şöhrətli alimi akademik Rafiq Əliyevin 70 yaşı tamam oldu. 70 illik yubileyini də özünəməxsus sadəlik və təvazökarlıqla doğmalarının əhatəsində qeyd edən, sanki bununla hər cür dəbdəbə və təmtəraqdan ucada dayandığını diqqətə çatdıran hörmətli akademik, bütün çıxışlarında olduğu kimi qəzetimizə bugünkü müsahibəsində də maraqlı fikirlər səsləndirdi. İnanırıq ki, hədsiz səmimiyyəti və yalnız R.Əliyevə məxsus heyrətamiz məntiqiliyi ilə diqqət çəkən bu müsahibə bizə sevimli alimimizi daha yaxından tanımaqda kömək edəcək, gənc və yeniyetmə nəsillər üçün isə həm də yüksək əxlaqi-mənəvi dəyərlərə çağırış rolunu oynayacaqdır.
- Rafiq müəllim, fevralın 10-da 70 illik yubileyiniz tamam oldu. Maraqlıdır, 70 illik ömür yoluna nəzər salan Rafiq Əliyev bu ömrü bir neçə kəlmə ilə necə xarakterizə edə bilər?
- Deyə bilmərəm ki, sıfırdan yetmişə kimi keçən həyat traektoriyam optimal olub. Yəni, bütün mümkün olan traektoriyalar içərisində, yaşamlar içərisində özüm və cəmiyyət üçün ən əlverişlisi olubdur. Bir onu bilirəm ki, bir neçə vacib həyat atributlarında səhvə yol verməmişəm. Birincisi, peşə seçimində. Zaman maşınını geri qaytara bilsəydim, yenə də bu peşəmin üstündə dayanardım, elm yolu ilə gedərdim və idarəetmə, kibernetika sahəsini seçərdim. İkincisi, həyatda bir şeydə də səhv etmək olmaz – həyat yoldaşının seçilməsində. Tanrıya minnətdaram ki, mənə gözəl həyat yoldaşı və layiqli ailə bəxş etdi. Üçüncüsü, bir şeydə səhv etməmişəm ki, xəyanətdən, məddahlıqdan, nəfsə qul olmaqdan özümü qoruya bilmişəm. Həmişə çalışmışam ki, xalqımın, millətimin mənafeyini daha üstün tutum, həqiqətin yanında olum. Səhvsiz həyat olmur. Ölkəmizin parçalanmasında, cəmiyyətimizin indiki durumda olmasında bütün Azərbaycan vətəndaşları kimi mən də özümü günahkar sayıram. Optimallıq prinsipinə görə zamana görə həyatın gərək bütün mərhələləri optimal olsun. Ömür vəfa eləsə, çalışacam ki 70-dən sonrakı mərhələ də xalqımın, millətimin mənafeyi meyarı baxımından optimal və ya optimala yaxın olsun.
- Şübhəsiz ki, yubileylə bağlı sizə saysız-hesbsız təbriklər ünvanlandı, haqqınızda xoş sözlər səsləndirildi. Bütün bu təbriklər arasında elə bir təbrik oldumu ki, sizə bu təbrik mənən qalan bütün təbriklərdən daha çox lazım idi və belə bir gündə məhz həmin insan tərəfindən xatırlanmanız sizi daha çox məmnun etdi ?
- Mən heç bir yubiley tədbiri keçirmədim. Fevralın 10-u qabağı bir mərasimdə yazıçı və jurnalist dostlarımla görüşəndə, dəyərli dostumuz Qabil Abbasoğlu ilə də görüşdüm. Mənə həyatım boyu olan təbriklər içərisində hafizəmdə həkk olunmuş Qabil Abbasoğlunun təbrikini bir daha ona və oradakı dostlarıma xatırlatdım. O təbrik belə idi: “Rafiq müəllim arzu edirəm ki, dünyanızı dəyişəndə övladlarınızın çiynində Qarabağda, Ağdamda Novruzlu qəbirstanlığına gedəsiniz.” Bir də, ayın 10-da səhər-səhər həyat yoldaşımın məzarı üstünə gedəndə onun gözlərindən oxuduğum təbrik idi, ruhunun təbriki.
- Həyatınızda elə anlar olubmu ki, düşünəsiniz ki, bəlkə də sadə bir insan ömrü məni dünya miqyaslı akademik şöhrətindən daha artıq xoşbəxt edə bilərdi?
- Düşünürəm ki, mən çox sadə bir insan ömrü yaşamışam. Siz dediyiniz dünya şöhrətini heç vaxt görməmişəm və görmürəm. Ailədə də, dostlar arasında da, cəmiyyətdə də öz yerimi həmişə ortada, simmetriklik guşəsi olan bir yerdə görmüşəm.
- Ümumiyyətlə, Rafiq Əliyevə görə xoşbəxtlik nədir və o, özünü nə dərəcədə xoşbəxt hiss edir?
- Bu gün dünyada həm bədii, həm də elmi ədəbiyyatda ən çox müzakirə olunan sual, mövzu Sizin qoyduğunuz bu sualdır. Mənim təfəkkür tərzim binar Artistotel məntiqinə yox, kəsilməz mənalı qeyri səlis məntiqə əsaslanır. Bu məntiqin əsas postulatı odur ki, Tanrıdan başqa dünyada hər bir şeyin dərəcəsi var, Tanrı mütləqdir, o, vahiddir. Bu baxımdan xoşbəxtlik anlayışı da ancaq dərəcə ilə səciyyələnə bilər. Mənim internetdə belə bir deyimim var: Allah insanı Pareto-optimal yaradır – kimə, nəyi, nə qədər. Allah bir insana nə qədər onun sevgisinə tuş gəlsə də, hər şeyi verməz. Qısaca desəm ideal xoşbəxt insan yoxdur. Allah birinə çoxlu pul verər, amma o qədər çox zəka verməz, birinə çoxlu zəka verər, amma möhkəm sağlamlıq verməz. Bir neçə il öncə Amerikadan qayıdanda “American Economic Review” jurnalından (bu jurnal dünyanın ən mötəbər elmi jurnallarından biridir) iki məqalə götürdüm. Bu məqalələr dünyanın müxtəlif ölkələrində alimlərin apardığı xoşbəxtlik barədə tədqiqatlarının nəticəsini əks etdirirdi. Ümumi nəticə belə idi: Qərb ölkələrində gəlir, zənginliklə xoşbəxtlik dərəcəsi arasında heç bir korrelasiya yoxdur. Şərq ölkələrində isə, bu korrelasiya çox güclüdür. Pulun, zənginliyin bir balaca artdısa özünü çox xoşbəxt hiss edirsən, bizim məmləkətdə olduğu kimi. Başqa bir elmi tədqiqatda isə xoşbəxtliyə təsir edən əsas faktorlar kimi, aşağıdakı atributlar qəbul olunub: 1.Sənə cəmiyyətdə hörmət hissi; 2.Müstəqillik; 3.Ailə və yaxşı dostlar; 4. İş yeri. Bu tədqiqat 96 ölkədə 100 min adam üzərində ABŞ alimləri tərəfindən aparılmışdır. O ki qaldı mənim xoşbəxtlik dərəcəmə, bu qeyri-səlis məntiqdəki 0-1 şkalasında 0.5-in yanındadır. Mən özümü necə xoşbəxt hiss edə bilərəm ki, vətəndə vətənsizəm, torpağımızın 20%-i işğal altındadı, atamın, anamın məzarını ziyarət edə bilmirəm, cəmiyyətimizin nuru öləziyib. O biri tərəfdən Tanrıya minnətdaram ki, ürəyimcə olan ailəm var, övladlarım və layiqli nəvələrim var. Yaxşı ziyalı dostlarım var, Azərbaycan və dünyanın hər yerində. Azdan-çoxdan elmdə bir şey eləmişəmsə (bunu tarix göstərər), bu məni xeyli sevindirmişdir. Mənim xoşbəxtlik dərəcəm o zaman yüksələcək ki, xalqım, millətim işıqlı gələcəyə qovuşacaq, insanlarımız yüksək rifaha sahib olacaq, cəmiyyətimiz demokratikləşəcək, hər bir fərdi müstəqil olacaq.
- Sizcə elliklə bədbəxtlik və fəlakətin yaşandığı bir cəmiyyətdə hər hansı bir insanın fərd olaraq xoşbəxt olması mümkündürmü?
- Sizin bu sualınıza dəyərli dostum və qohumum, Qarabağ dərdi ilə dünyasını dəyişmiş Famil Mehdinin şeirindən bir parça ilə cavab vermək istəyirəm: Susacaqsa könül tarım, Simlərini dartım qırım, Millətim bədbəxtsə Tanrım, Sən məni xoşbəxt eləmə.
- Belə bir fikir var ki, bədbəxtlik insanı başqa insanların dərd və problemlərinə daha duyarlı, daha həssas edir. Bu məntiqlə yanaşsaq, söyləmək olarmı ki, əslində hər bir insanın qəlbində xoşbəxtliklə yanaşı müəyyən qədər bədbəxtliyin də məskən salması gərəklidir?
- Əsl insan üçün monoton həyat təsəvvür eləmirəm. İnternetdə professor Zadənin bir yaxşı deyimi var: ”Həyat qızıl güllər içərisindəki çarpayıda keçən ömür deyil.” Real insan həyatı təzadların, əksliklərin vəhdətindədir. Ona görə də, mən öz xoşbəxtlik dərəcəmi müəyyən edəndə 0.5-in yanında dayandım.
- Həyatınızda elə bir an, elə bir gün olubmu ki, məhz həmin anı, həmin günü yenidən yaşamaq üçün bugünə qədər əldə etdiyiniz bütün uğurları, elmi nailiyyətlərinizin sizə qazandırdığı şöhrət və titulları qurban verməyə hazır olasınız?
- Mən zaman maşının geri dönməsinin əleyhinəyəm. Yenidən doğulmaq və yaşadıqlarımı yenidən yaşamaq istəməzdim.
- Bütün bir ömrü elmin inkişafına, yalnız doğma xalqının deyil, bütün bəşəriyyətin rifahına sərf edən Rafiq Əliyevin Azərbaycanla bağlı arzu və istəkləri nədən ibarətdir? R.Əliyevin görmək istədiyi Azərbaycan hansıdır və o, aradığı Azərbaycanı görəcəyinə inanırmı?
- Bu günlərdə “Amerikanın Səsi” radiyosu mənim iştirakımla iki saatlıq canlı forum təşkil etmişdi. Orda mənə verilən suallardan biri belə idi: Azərbaycanın inkişaf düsturunu yaza bilərsinizmi? Mən bədahətən o düsturu yazdım. Sonra onun üzərində çox düşündüm. Gördüm ki məqbuldur. Bu düstur belədir: Azərbaycanın inkişafı = "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”. Burada sözlər üzərində olan bütün hesablama əməliyyatları qeyri-səlis hesab əsasındadır. Bir az geniş izah etsəm, bu düstur onu deyir ki, mənim görmək istədiyim Azəbaycan yüksək demokratikliyə, texnoloji-iqtisadi modelə yəni, xam mala yönəlmiş modelə yox, istehsala yönəlmiş modelə malik olmalıdır və üstəgəl vicdan azadlığı, söz azadlığı, fikir azadlığı və hər bir Azərbaycan vətəndaşının yüksək müstəqilliyi. Ümid axırıncı ölür, Tanrının izni ilə yaxın bir neçə ildə bunu görəcəyik.
- Rafiq müəllim, bugünlərdə ölkə gəncliyinə müraciətiniz dərc olundu. Maraqlıdır, bu müraciət hansı zəruriətdən irəli gəldi və sizcə gəncliyə ünvanlanan bu müraciət müsbət mənada nəyisə dəyişəcəkmi?
- Həyatımız 3 mərhələnin zaman ardıcıllığıdır: dünən - keçmişimiz, bu gün - indimiz və sabah – gələcəyimiz. İndi hamımız üçündür, gənclər, ahıllar üçündür. Dünənimiz əsas bizimdir, yaşlı nəslindir. Bizim keçmişimiz böyükdür, gələcəyimiz dardır. Gənclərimizin isə, keçmişi dar olsa da, çox böyük gələcəyi var, sabahı var. Gənclik sabahdır. Biz o sabahı dəyişmək üçün gənclərə müraciət etdik. Bu o demək deyil ki, məsuliyyət yükünü gənclərin çiyinilərinə atırıq. Biz bir yerdə daha güclüyük, belə halda effektimiz sinergetik effekt olacaq.
Seymur Əliyev
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|