Azərbaycanın xalq artisti Alim Qasımov ABŞ-ın Merilend Universitetində ABŞ-ın “Kronus” simli kvarteti ilə birlikdə konsert verib.
APA-nın xəbərinə görə, A. Qasımov konsertdə violonçel və skripkanın müşayiəti ilə muğam ifa edib. Nüfuzlu “The Washington Post” qəzetində konsertlə bağlı yazı dərc olunub.