QURGEN MARKARYAN FƏALİYYƏTDƏDİR
Tarix: 20-02-2012, 12:36 |
Çap et
AZƏRBAYCAN SAYTLARINA HAKER HÜCUMU OLDU
Fevralın 20-nə keçən gecə erməni hakerləri Azərbaycanın bəzi saytlarına kiber hücum həyata keçirib. “Econews.az” portalının rəhbəri Cəsarət Hüseynzadənin yaydığı məlumata görə, bu saytda və hücuma məruz qalan digər resurslarda 2004-cü ildə Budapeştdə öldürülmüş erməni zabit Qurgen Markaryanın fotoları yerləşdirilib.
Portal rəhbəri qeyd edib ki, haker hücumuna məruz qalan saytlar arasında “Azad Azərbaycan” Televiziyasının, “Avroviziya 2011”in qaliblərindən Nigar Camalın, elektron qəzetlərin, QHT-lərin, firmaların saytları var: “Bəzi saylara daxil olarkən “Budapest.sumgait.info” saytına birbaşa keçid edilir.
Bu saytlara müdaxilələr olduğu bildirilir:
sulh.az
autolux.az
bakucctv.com
dayaq.org
rednews.az
sonxeber.az
cereselektrik.com
primetime.az
rotaract.az
hilalelektrik.az
toyumuz.com
nigarjamal.com
atv.az
study-line.az
americanacademy.az
jalal-i.com
brf.az
extreme.az
arabesque.az
zirve.edu.az
econews.az.
Məlumata görə, “Econews.az” portalı və bir neçə sayt resursları bərpa ediblər.