İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                 

GÖMRÜKÇÜ “ROKFELLER” HƏBS OLUNACAQ
Tarix: 21-02-2012, 17:17 | Çap et
GÖMRÜKÇÜ “ROKFELLER” HƏBS OLUNACAQ

HİKMƏT MƏMMƏOVUN RƏHBƏRLİK ETDİYİ İDARƏ İLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Astara gömrükxanasıenda baş verən özbaşınalıqlarla bağlı sizləri məlumatlandırmışdıq. Bildirmişdik ki, Astara gömrük idarəsinə rəhbərlik edən «Rokfeller» ləqəbli Hikmət Məmmədov hətta dövlətin qanunlarını belə tanımır. Onun İrandakı şübhəli dairələrlə əlaqələri də redaksiyamız tərəfindən açıqlanan faktlar arasında yer almışdı. İndi isə Hikmət Məmmədovun özəl qanunlarla idarə etdiyi Astara gömrüyündəki özbaşına mühiti təsdiqlənən digər faktları da “Dünya” İnformasiya Agentliyi (diaaz.space) olaraq diqqətinizə çatdırırıq.

Təhlükəli qablara yalnız “Rokfeller” icazə verə bilər

Masallı rayonun Həsənli kənd sakini Toğrul Məhərrəmov bildirir ki, keçən il iyunun 11-də İranda olarkən birdəfəlik istifadə edilən dondurma qabları alıb. Lakin Astara gömrük işçiləri qabları onun əlindən alaraq bildiriblər ki, bunun üçün xüsusi icazə lazımdır. ”Rasim Nəsirov adlı gömrük işçisi evdə istifadə etmək üçün aldığım, çəkisi 5-6 kq olan qabları müsadirə etdi. Bunlar qadağan edilən mallar da deyil. İranda istehsal olunmuş dondurma qablarını Bakıdan tutmuş çox yerdə satışda görmək olar. Bu qablar qadağandırsa, niyə hər yerdə satışda var.”
Gömrük işçiləri malları anbara aparıblar. T. Məhrrəmova deyiblər ki, bunun üçün gömrük rəisi Hikmət Məmmədovun icazəsi lazımdır. Lakin onları rəisin yanına buraxmayıblar. T. Məhərrəmov: ”Bilmirəm nə edim? Məhkəməyə versəm, 50-60 manatlıq mal üçün 300-400 manat pulum çıxacaq. Belədə də heç kim şikayəti eşitmək istəmir. Deyirlər ki, bu mal tanınmış bir din xadiminin monopoliyasındadır.”

İdxal olunan bütün mallar inhisar altındadır

Astara şəhər sakini Vidadi Mirzəyevin sözlərinə görə İrandan Azərbaycana, Azərbaycandan İrana gedən bütün istehlak mallar monopoliyadadır.” Korrupsiyaya qarşı mübarizə gömrükdə gedən proseslərə təsir edə bilməyib. Bəzi malları qadağan edirlər, bir neçə gündən sonra, yenə icazə verirlər. Astara gömrükxanasının hökumətdənkənar öz qanunları var. Bunun nəticəsidir ki, gömrükxanada tez-tez qalmaqallar baş verir. Yuxarı orqanlara edilən müraciətlər də cavabsız qalır.”
Toğrul Məhərrəmovun əlindən alınmış malların harada olduğunu bilmək üçün Astara terminalına müraciət edən jurnalisylər maraqlı bir mənzərəyə şahid olublar. Terminalın direktor müavini Rafael Abdullayev bildirib ki, onlarda bu adda mal saxlanmır. Məlum oldu ki, gömrükxananın da öz anbarı var. R.Abdullayevin deməsinə görə, tutulan mallar əvvəllər terminalın anbarına verilərdi, indi qayda dəyişilib .
Gömrükxananın Azad adlı işçisi onların anbarında, həqiqətən də, dondurma yemək üçün istifadə edilən birdəfəlik qabların olduğunu söylədi. ”Qablar qadağan olunmasa da, yeyinti sənayesində istifadə olunur. Bunun üçün sertifikat tələb olunur. Düzdür, mal azdır. Bu qabların buraxılması məndən asılı deyil.”
Sabiq gömrük işçisi Elman Hüseynovun sözlərinə görə qadağan olunmuş malların siyahısında dondurma qabları yoxdur. ”Məlumdur ki, vətəndaş bu qabları Azərbaycana satış məqsədi ilə gətirməyib. Gömrük işçisinin qabları saxlamağa ixtiyarı yoxdur. Yükün çəkisi və qiyməti də azdır. Bundan məlum olur ki, qablar şəxsi istifadə üçün aparılır.”
E. Hüseynov belə hesab edir ki, qanunsuzluğa son qoymaq üçün məhkəməyə müraciət edilməlidir. ”Çünki gömrük özünü haqlı sayır. Belə olan halda məhkəmə bu məsələyə aydınlıq gətirə bilər.”
İş adamı Hacı Fayıq Cəfərov ona məxsus olan malın dəfələrlə Astara Gömrükxanasında saxlandığını deyir. ”Mal çoxdursa, rüsum alınmalıdır, qadağandırsa, sənəd göstərsinlər. Heç birinə əməl etmirlər. Vururlar anbara, çek də vermirlər. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə deyir ki, məni bədbəxt eləmə.”

Narkotikə icazə var, amma xurmaya yox

Sahibkar Hacı Fayıq Cəfərov Astara gömrüyündə baş verən son olayları İrandan qayıdan azərbaycanlıların özləri ilə gətirdiyi xurma və kişmişə qadağa qoyulması ilə izah edir:
«Gedirlər İrana, iki gilə xurma gətirirlər, onu da əllərindən alırlar. Tökürlər yerə ki, sən bunu satmaq üçün aparırsan. Vətəndaş İran İslam Respublikasına gedirsə, deməli, ehtiyacı var ki, gedir. Ehtiyacı olmasa, məcbur olmasa, iş yeri olsa, ordan bir şey gətirib burda satmayacaq. ArxivGömrük onların başına elə oyun gətirir ki, burda dövlətlə xalq arasında böyük uçurum yaranır. Korrupsiyaya qarşı mübarizə gedirsə, bu korrupsionerlər burda nə edir? Xalqı incitməklə nə əldə etmək istəyirlər? Monopoliya var, kişmişin, xurmanın ayrıca monopolisti var. Rüşvət baş alıb gedir. Axı buna bir əncam çəkilməlidir».
Hacı Fayıq Cəfərov deyir ki, əvvəllər İrana gündə 1000-1500 adam gedirdisə, indi bu rəqəm 250-300 nəfərə enib. Ancaq onun bildirməsinə görə, sərhəddə həmişə qalmaqal olur.
Fayıq Cəfərov qeyd edir ki, Azərbaycan xurma istehsal etmir. Buna görə də xurmanın Azərbaycana gətirilməsinin qarşısı alınmamalıdır:
«Azərbaycanda xurma istehsal olunmursa, nə üçün qarşısı alınır? Bu adam İranda pulunu verib xurma alıb gətirir. Orda 450 qramlıq xurma qutusuna 70-80 qəpik verir, burda onu 1 manat 40 qəpiyə satır. Halbuki, Azərbaycan ərazisinə tonlarla xurma buraxırlar. 90 min əhalisi olan bir rayonda işləmək üçün yer yoxdur. Ya narkotiklə məşğul olmalıdır, ya da xırda alver etməlidir. Xırda alverin də qarşısını alırlar. Bəs bu adamlar nə etməlidir, oğurluq etməlidir?».
Bildirək ki, Astara gömrükxanasında baş verənlərlə əlaqədar müxalifət partiyalarının rayon təşkilatları müvafiq qurumlara müraciət hazırlayıblar. Müsavat Partiyası Astara rayon təşkilatının sədri Asən Həşimli deyir ki, Astara gömrükxanası Azərbaycanın Şərqə açılan qapısı olduğundan orada bütün xidmətlər nümunəvi olmalıdır:
«Astara gömrükxanasında baş verən özbaşınalıqlar, qanunsuzluqlar bu gün də mövcuddur. Astara sakinləri hər gün İrana ərzaq malları üçün gedirlər. Astarada gömrük məmurları, monopolistlər vətəndaşların gətirdikləri cüzi miqdarda ərzağı əllərindən alırlar. Dəfələrlə müxtəlif instansiyalara müraciət etmişik ki, qanunsuzluqları aradan qaldırsınlar. Lakin heç bir tədbir görülmür».
Astara rayon İcra Hakimiyyətinin birinci müavini Məzahim Hüseynov isə jurnalistlərin suallarının cavabında gömrükdə baş verən son hadisələrlə bağlı məlumatları olmadığını söyləyib. Məzahim Hüseynov deyib ki, rayon icra aparatı ona aid olan işlə məşğuldur.
Sabiq gömrük işçisi Elman Hüseynov isə bildirir ki, indi gömrük məntəqələrində baş verənlər Azərbaycana utanc gətirən hallardır: «Hər bir fiziki şəxs 50 kiloqrama kimi mal gətirə bilər. Bunlara görə rüsum ödənmir. Alver, satış məqsədi ilə eyni növdən mal gətirirsə, ona rüsum yazılmalıdır və o buraxılmalıdır. Astara gömrükxanasında müəyyən malları götürürlər, məsələn, qutuda olan xurmaları, kişmişi, yuyucu tozları. Hər bir halda gömrük orqanı vətəndaşlardan mal götürürsə, ona qəbz yazmalıdır və onun saxlanılma müddəti orda göstərilməlidir. Səbəbi də göstərilməlidir ki, nə üçün bu mal götürülür».
Elman Hüseynov deyir ki, Astara gömrüyündə bu qaydalara əməl olunmur. İrana dəflərlə gedib və bunun şahidi olub: «Astara gömrüyündə heç bir səbəb göstərmədən malları vətəndaşlardan alırlar, vətəndaşın şəxsiyyətini gömrük işçiləri təhqir edirlər. Baxmayaraq ki, Azərbaycan vətəndaşıdır».

Astaralılar nədən İrana Biləsuvardan keçirlər?

Onu da bildirək ki, Gömürk Keçid Məntəqələrində vəziyyətin dözülməz həddə çatıb. Birbaşa inhisarla bağlı olan bu dözülməzlik bəzən etirazlara səbəb olur. «Qırmızı Körpü», Biləsuvar, Astara, Yalama və digər Gömrük Keçid Məntəqələrində xaricdən gələn vətəndaşlarımızın gətirdiyi bir kilo almaya belə icazə verməyən gömrük işçiləri açıq şəkildə bəyan edirlər ki, bu onlarlıq məsələ deyil.
Astara Gömrük Məntəqəsində yaranmış dözülməz vəziyyəti aradan qaldırmaq əvəzinə, pul qazanmaq yerinə çevirən gömrük işçiləri artıq adambaşına 20 manat rüşvət tələb etməyə başlayıblar. Bunu biznesə çevirən gömrük işçilərinə Sərhəd Qoşunlarının əsgər və zabitləri də qoşulanda durum daha da ağırlaşır. Elə bu səbəbdəndir ki, Astara Gömrük Keçid Məntəqəsindən keçə bilməyənlər, İrana getmək üçün Biləsuvara üz tuturlar.
Aldığımız son məlumatlara görə, Biləsuvar Gömrük Məntəqəsində keçənlərin sayının çoxluğu səbəbindən vəziyyət ağırlaşıb. Xüsusən də biləsuvarlı və astaralı alverçilərin axın etdiyi bu məntəqədə gömrük işçiləri ilə onların arasında mütəmadi insidentlər yaranmağa başlayıb.
3000-dən artıq vətəndaşımız gömrükdən keçə bilmədikləri üçün səhərdən axşama qədər orada qalmalı olublar. Narazılığın yüksəlməsindən sonra isə «üsyan» baş qaldırıb. Məlumata görə, 12 saata yaxın soyuqda qalan insanlar əvvəlcə pasportların yoxlanıldığı otağa daxil olub, daha sonra gömrük işçilərinin əyləşdiyi otağı «zəbt» ediblər. Maraqlı məqam odur ki, ilk yürüşü qadınlar ediblər.
Onud da bildirək ki, Biləsuvarın da Astaraya çevriləcəyini görən gömrükçülər sərhədçilərlə birlikdə yeni qaydalar tətbiq etməyə başlayıblar. Artıq qərar belədir ki, bundan sonra İrana alver məqsədi ilə gedənlər həftədə iki dəfə bu istəklərini həyata keçirə bilərlər. Hətta bunun üçün konkret günlər də təyin ediblər. Belə ki, hər həftənin 1-ci və 5-ci günləri alverçilərin günü kimi qəbul edilir.
Bu qaydaları pozanlarla bağlı Biləsuvar gömrüyünün işçiləri maraqlı bir addım da atırlar. Məlumata görə, əgər başqa günlər də İrana gedib, oradan mal gətirməyə çalışılarsa, həmin alverçinin keçid limiti ayda iki dəfəyə endirilir. Bundan sonra qayda yenə də pozularsa, həmin şəxsin üzünə İran sərhəddi tamamilə bağlanır.
Astara Gömrük Keçid Məntəqəsində baş verənlərlə bağlı geniş reportajı yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Hikmət Məmmədov yol üstündədir

Redaksiyamızın əldə etdiyi məlumatlardan aydın olur ki, bütün bu özbaşına mühitin «memarı» olan Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovun məsələsi artıq «yuxarıların»da diqqətini cəlb edib. Mənbəmizə görə, hətta məsələ, «Rokfeller» ləqəbli gömrük şefinin vəzifədən çıxarılmasının gündəmə gətirilməsinə qədər şişib.
Bu barədə mənbəmizin söylədikləri: «Bu gün gömrük sistemini nəzarəti altında saxlayan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da Hikmət Məmmədov kimilərinin gömrü orqanlarından qovulmasında maraqlıdır. Doğrudur, «Rokfeller» hər addımda özünü Kamal müəllimin ən yaxın adamı kimi təqdim edir. Amma bu belə deyil. Çünki elə Hikmət Məmmədovun «fətvasını» FHN şefinin özü verib».
Redaksiyamızın əldə etdiyi bir başqa məlumatlarda isə östərilir ki, Hikmət Məmmədovla bağlı yekun qərar verilməmişdən əvvəl onun rəhbəri olduğu gömrük idarəsində yoxlamalar da həyata keçirilə bilər: «Hər halda, Astara gömrüyündə yaşanılan korrupsiya faktları davamlı olaraq mətbuatın gündəmindədir. Və bu faktlar artıq müvafiq qurumların da nəzərlərini cəlb edib. Bu isə o deməkdir ki, Hikmət Məmmədov yalnız vəzifəsini yox, həm də azadlığını da itirə bilər».
Mövzu diqqətimizdədir. Bizi izləyin…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru