“YAŞIM ARTDIĞINDAN ÇOX MƏYUS OLURAM”
Tarix: 23-02-2012, 12:52 |
Çap et
GƏNC MÜĞƏNNİ YAŞINI GİZLƏTDİ
Türkiyədə keçirilən "Star akademi" müsabiqəsinin finalçısı olmuş Elyanə Əhmədova ad gününü qeyd edir.
O, Day.Az saytına açıqlamasında neçə yaşının tamam olduğunu söyləməyib: "Ad günümü qeyd etməyi sevmirəm. Həmin gün əhvalım yaxşı olmur. Yaşım artdığından çox məyus oluram. Amma hər il ad günümdə valideynlərim mənə sürpriz edirlər".
E.Əhmədovanın sözlərinə görə, fanatları da ona xüsusi hədiyyə hazırlayıblar: "Onlar ad günümdən bir gün əvvəl maraqlı video-çarx hazırlamaqla məni təbrik ediblər".