"MƏNİM ÇƏKDİRDİYİM ƏSL EROTİK KLİPDİR"
Tarix: 29-02-2012, 12:27 |
Çap et
“MƏN BUNA NORMAL YANAŞIRAM”
Gənc müğənni, "Eurovision 2012" mahnı müsabiqəsinin milli seçim turunun iştirakçısı olmuş Xəyyam Mustafazadə erotik kliplərin əleyhinə deyil.
O, bunu Day.Az saytına müsahibəsində bildirib.
"Mən buna normal yanaşıram və özüm də erotik klip çəkdirmişəm. Mənim klipim sadəcə öpüşməkdən, qucaqlaşmaqdan ibarət deyil, əsl erotik klipdir. Əgər bizdə gecə saat 11-dən sonra açıq-saçıq kliplər nümayiş olunursa, niyə özümüz də belə kliplər çəkə bilmərik?! Belə kliplərimizə baxarkən "ayıb olsun!" demək lazım deyil. Beyonsun, Rikki Martinin kliplərinə baxarkən əksinə, onları tərifləyirlər. Odur ki, qoy bizdə də kim istəyirsə, belə klip çəkdirsin", - deyə Xəyyam bildirib.