QUBANIN İCRA BAŞÇISI KİMDİR?
Tarix: 1-03-2012, 15:05 |
Çap et
XALQ QİYAMINA SƏBƏ OLAN “QƏHRƏMAN”IN ÖZKEÇMİŞİ
Martın 1-də Qubada icra hakimiyyəti başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Bu günlərdə internetdə Rauf Həbibovun çıxışının videosu yayılıb. Həmin çıxışda başçı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etiraz aksiyasına bu çıxış səbəb olub.
“Media forum” saytı bildirir ki, Rauf Həbibov Qubanın icra başçısı postunu 2007-ci ildən tutur.
Həbibov Rauf Xeyrulla oğlu 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.
1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.
2007-ci il oktyabrın 1-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.