Ötən il İraqda xardal qazı işlədilib
Tarix: 16-02-2016, 09:00 |
Çap et
Ötən ilin avqustunda İraqın kürd regionunda xardal qazından istifadə olunub.
Fevralın 15-də AFP və Reuters agentlikləri bu barədə məlumat yayıblar. Bunu Haaqada mənzillənən Kimyəvi Silahların qadağan olunması üzrə Təşkilatın (OPCW) araşdırması üzə çıxarıb.
Mənbələrin bildirdiyinə görə, 1925-ci ildə qadağan olunmuş qaz avqustun 11-də Ərbildən cənub-qərbdə yerləşən Gweyr və Makhmur şəhərlərində istifadə olunub.
Bir neçə gün öncə ABŞ rəsmiləri bildiriblər ki, İslam Dövləti (İŞİD) silahlıları İraqda və Suriyada xardal qazından istifadə edib.