Qadının daşqalaqla öldürülməsi – 20 il cəza
Tarix: 8-03-2016, 09:49 |
Çap et
Əfqanıstan Ali Məhkəməsi qadını Quranı yandırmaqda ittiham edənə 20 il həbs cəzası kəsib. Həmin qadın bu saxta ittiham ucbatından ötən il Kabildə daşqalaqla öldürülmüşdü.
27 yaşlı Farkhunda Malikzada-nın ölümünə görə 12 nəfərə 10 ildən 20 ilədək həbs cəzası kəsilib.
Ali Məhkəmə martın 7-də qərarını elan edib.
Zainuddin və daha 3 nəfər əvvəlcə ölüm cəzasına məhkum edilmişdilər. Ancaq sonradan bu cəza 20 ilə salındı, birinin cəzası isə 10 illə əvəzləndi.