Rusiya Avropada dayaqlarını möhkəmləndirir
Tarix: 11-03-2016, 09:04 |
Çap et
Rusiya Prezidenti Vladimir Putin Serbiyanın ərazi bütövlüyünə dəstəyini davam etdirməyə söz verib. Mübahisəli Kosovo regionuna Serbiyanın iddiası da dəstəklənəcək. Bunu martın 10-da Serbiya Prezidenti Tomislav Nikolic deyib.
“Putin aydın şəkildə dedi ki, Serbiya ərazi bütövlüyü və müstəqilliyini müdafiə etdiyi bütün sahələrdə, eləcə də Kosovo məsələsində Rusiyaya bel bağlaya bilər”, Nikolic Moskvada Putin-lə görüşdən sonra bildirib.
Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Serbiya onun BMT-yə üzv olmasını əngəlləməyə çalışır.
Serbiyanın Moskvayla sıx münasibətləri var.
Putinlə Nikolic Serbiyanın NATO heyətinin ölkəyə buraxılmasına dair razılaşmanı da müzakirə ediblər. Nikolic-in sözlərinə görə, həmin hərbçilərə ancaq ölkədəki silah arsenalını məhv etməyə icazə verilib və Rusiya da sazişdən narahat deyil.