ABŞ-dan Rusiyaya Suriya çağırışı
Tarix: 22-03-2016, 09:39 |
Çap et
Birləşmiş Ştatlar ordusu Rusiyanı Suriyada birtərəfli addımlardan çəkinməyə çağırıb. Açıqlamanı İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı ABŞ koalisiyasının sözçüsü, polkovnik Steve Warren martın 21-də verib.
Rusiya ordusu martın 21-də ABŞ təmsilçiləri ilə təcili görüş keçirməyə, atəşkəsin qüvvəyə minməsi mexanizmini razılaşdırmağa çağırmışdı. Bəyanatda deyilirdi ki, Vaşinqtondan cavab gəlməsə, Rusiya martın 22-də birtərəfli hərəkətə keçəcək.
Suriyada atəşkəs fevralın 27-də başlanıb, döyüşlərin miqyası azalıb. İŞİD və Al-Qaeda-ya bağlı Al-Nusra Cəbhəsi atəşkəsə daxil deyil.