3 rus vertolyotu Suriyadan qayıdır
Tarix: 28-03-2016, 12:36 |
Çap et
Rusiya dövlət mediası üç hücum vertolyotunun Suriyanın Hmeymim hava bazasından çıxdığını yazır. İki Mi-24 və bir Mi-35 vertolyotları, uçuş heyəti və texniki heyət Antonov-124 nəqliyyat təyyarəsində Rusiyaya yola düşüb. Xəbər agentlikləri məlumatı martın 23-də yayıb.
Rossiya-24 Hmeymim bazasında bir rus sabitini görüntüləyib. Zabit deyib ki, Moskvanın Suriyada qalan qüvvələri “istənil anda hücumu dəf etməyə və istənilən hərbi tapşırığı icra etməyə” yetər.
Rusiya Prezidenti Vladimir Putin bu ay elan edib ki, Suriyadakı rus silahlı qüvvələrinin “əsas hissəsi” çıxarılır.