“Biz Paşinyanın yenidən seçilməsi üçün dua edirdik...” - Rusiya FŞ sədri
Tarix: 29-10-2021, 09:41 |
Çap et
“Geo-siyasi mərkəzlərin Ermənistan hakimiyyətinə, xüsusən də Nikol Paşinyana münasibəti ilə bağlı müxtəlif fikirlər var. Bəzi ekspertlər hesab edirlər ki, bu gün Paşinyan hamının maraqlarına uyğundur. Digərləri isə iddia edir ki, Rusiya hakimiyyəti onu günü sabah hakimiyyətdən uzaqlaşdırmaq istəyir”.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb.
"Bununla bağlı 20 iyun parlament seçkilərindən öncə rəsmi nümayəndə heyətinin tərkibində Rusiyaya gedən Ermənistan rəsmilərindən biri diqqətçəkən hadisə danışıb. O bildirib ki, qeyri-rəsmi görüşlərin birində Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinə iyunun 20-də keçiriləcək növbədənkənar seçkilər barədə danışarkən sözün əsl mənasında belə deyib: “Biz onun yenidən seçilməsi üçün dua edirdik”.
Söhbət Nikol Paşinyanlardan gedirdi” – deyə erməni nəşri yazır.